Ermənistan parlamentində deputatlar arasında qarşıdurma olub - VİDEO
Ermənistan parlamentində hakim və müxalifət fraksiyalarının deputatları arasında qarşıdurma baş verib.
1news.az xəbər verir ki, hadisə müxalifət deputatı Harutyun Kazaryanın dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı ittihamlar səsləndirdiyi zaman baş verib.
Parlamentin spikeri Ruben Rubinyan deputatın mikrofonunu söndürüb. Bundan sonra hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vahe Qalumyan yerindən qalxaraq Kazaryanı bir neçə dəfə itələyib.
Zalda başlayan qarşıdurmaya parlamentin mühafizəçiləri müdaxilə edib.
Ruben Rubinyan iclasda fasilə elan edib. Deputatlar arasında mübahisə daha sonra parlamentin dəhlizində də davam edib.
72











