Mübariz Əhmədoğlu: Tbilisidəki son mitinqin əsas təşkilatçısı Paşinyan imiş | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Tbilisidəki son mitinqin əsas təşkilatçısı Paşinyan imiş

10:41 - 09 / 08 / 2019
Mübariz Əhmədoğlu: Tbilisidəki son mitinqin əsas təşkilatçısı Paşinyan imiş

Tbilisidə son mitinqlər ciddi fəsadlı oldu. Mitinq təşkilatçılarının iradəsi də göz qabağındadır.

Gürcüstanın keçmiş Baş naziri, de-fakto idarəedici B.İvanişvilinin evi  və ofisi artıq mitinqlərin coğrafiyasına daxil edildi. Bu mitinqlər təhlil olunduqca yeni təfərrüatları üzə çıxır: Tbilisidəki ermənilər mitinqin təşkilində və aqressivliyində  xüsusi rol oynayıblar. Mitinqdə həbs olunanlardan biri Minas Minasyan tələbə və yaxud sadəcə erməni deyilmiş, Ermənistanın Baş Naziri  Nikol Paşinyanın ən yaxın silahdaşlarından biri imiş. N.Paşinyanın digər silahdaşı Serqo Qalstyan mitinqlərin aqressiv forma almasında xüsusi canfəşanlıq göstərib.

Nikol Paşinyanın mitinqin təşkilində iştirakına və maraqlı olmasına dəlalət edən daha bir fakt yaxınlarda aşkarlandı. Onun məxməri inqilab üzrə yaxın tərəfdaşlarından biri David Petrosyan Yerevanda həbs olunmuşdu. Tbilisidə mitinqlər ərəfəsində o həbsdən azad edildi və Tbilisiyə göndərildi. David Petrosyanın həbsdən azad olunması ilə bağlı xahiş-müraciəti Karapet Badalyan etmişdi. K.Badalyan Arsen Xaratyanın bacısının həyat yoldaşıdır.

A.Xaratyan və həyat yoldaşı ABŞ-ın Gürcüstandakı səfirliyində çalışırlar. Hər ikisi “Soros” fondundan aldığı qrant hesabına mətbu orqanı nəşr etdirirlər. A.Xaratyan Paşinyan Baş nazir təyin olunduqdan dərhal sonra Baş nazirin xarici siyasət məsələləri üzrə müşaviri təyin olundu. KTMT baş katibi Y.Xaçaturovun həbsinə təhrik etməsi faktı aşkarlanandan sonra Paşinyan Rusiyanın qorxusundan A.Xaratyanı vəzifədən azad etdi. Beləliklə, Gürcüstanda xaosun yaranmasında ermənilərin iştirakı şəksizdir, xaosun əsas sifarişçisi də  Soros  fondudur.  Çünki adı çəkilən bütün ermənilər  Soros  fondunun sıx əməkdaşlarıdır və Nikol Paşinyana birbaşa bağlı olan şəxslərdir.

Soros fondunun siyasəti ziddiyyətlidir. Bu fond hal-hazırda ABŞ və Aİ-nin rəhbərliyi ilə mübarizə vəziyyətindədir. Çox paradoksaldır ki,  Soros  fondunun İranla sıx əlaqələri var. 3 ay bundan öncə İranın Xarici İşlər naziri Cavad Zərif Soros fondu ilə İranın əlaqələrinin çox yüksək səviyyədə olduğunu etiraf etdi və bununla qürur duyduğunu bildirdi.

Gürcüstanda xaosun nəticələri bəllidir. Bütövlükdə Cənubi Qafqaz regionu xaosa bürünür, Qərbin Mərkəzi Asiya regionu ilə əlaqələri kəsilir. Bu Qərb üçün birbaşa zərbə deməkdir.  Soros fondunun belə zərbədə maraqlı olması çox mümkündür. Eləcə də yaranmış proseslərdən Rusiyanın da bəhrələnməsi də çox ehtimallıdır.  Soros  fondu bu yolla Rusiya ilə Qərb arasında Cənubi Qafqaz üzərindəki qarşıdurmanı bir az da genişləndirmək və gücləndirmək istəyir. N.Paşinyan bilir ki, Gürcüstandakı xaos Ermənistanın ziyanınadır. Paşinyan bu işi başlayırsa sonda ermənilərin uduşlu vəziyyətdə olacağına təminat alıb. Rəsmi Tbilisinin Gürcüstan ərazisində ermənilərin fəaliyyətinə xüsusi diqqət vermələri hədsiz vacibdir.

Gürcüstandakı sabitlikdə yalnız iki dövlət- Gürcüstan və Azərbaycan Respublikası maraqlıdır. Qalan bütün  dövlətlər Gürcüstanın zəifliyindən istifadə edib, daxildə vəziyyəti gərginləşdirməklə ümumilikdə Cənubi Qafqaz regionuna böyük zərbə vurmaq istəyirlər. Ona görə ən vacib məsələ Gürcüstanın erməniləri, Ermənistanı neytrallaşdırmasıdır. Bu istiqamətdə ən radikal addımlar atılmalıdır. Gürcüstan üçün daha ciddi fəsadlar yarana bilər.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
536

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər