Müdafiə Nazirliyi yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirib | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirib

16:11 - 13 / 07 / 2020
Müdafiə Nazirliyi yüksəkliyin ələ keçirilməsi barədə iddialara münasibət bildirib

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan kütləvi informasiya vasitələrində (KİV) düşmən ölkənin hərbi bölmələrinin guya Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirtməsi barədə yayılan məlumata münasibət bildirib.

1news.az-ın verdiyi xəbərə görə, Vaqif Dərgahlı qeyd edib ki, yayılan məlumatlar yanlışdır və ictimai fikri çaşdırmaq məqsədi daşıyır:

“Dezinformasiya ilə birlikdə yayılan fotonun üzərində onun 2018-ci ilin 12 dekabr tarixində çəkildiyi qeyd olunub. Təkcə bu fakt məlumatın yanlış olduğunu sübut edir. Bir daha xalqımızdan, o cümlədən kütləvi informasiya vasitələrindən və sosial şəbəkə istifadəçilərindən ancaq Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmələrini xahiş edirik”.

S.Xankişiyeva

 

Paylaş:
494

Son xəbərlər

Bütün xəbərlər