Nigar Arpadarai: Koronavirusla mübarizə aparan həkimlər sığortalanmalıdırlar | 1news.az | Xəbərlər
Cəmiyyət

Nigar Arpadarai: Koronavirusla mübarizə aparan həkimlər sığortalanmalıdırlar

18:37 - 26 / 05 / 2020
Nigar Arpadarai: Koronavirusla mübarizə aparan həkimlər sığortalanmalıdırlar

Azərbaycanda karantin rejiminin yumşaldılması onun bəzi nəticələrini ümumiləşdirməyə imkan verir və hazırkı vəziyyətdə statistika ön plana çıxır.

Əsas göstəricilər arasında əlbəttə ki, yoluxma halları var. Bu günə qədər Azərbaycanda 4,271 koronavirus infeksiyasına yoluxma faktı  müəyyənləşib, 2741 xəstə sağalıb, 51 nəfər ölüb, 1479 nəfərin xüsusi xəstəxanalarda müalicəsi davam edir. Onlardan 44-nün vəziyyəti ağır, 61-nin orta-ağır, qalanlarınkı isə stabildir.

Statistikalar həm də onu göstərir ki, tək ölkəmizdə deyil, dünyada koronavirus infeksiyasına yoluxanların xeyli hissəsini yoluxmuş insanlarla birbaşa təmasda olan tibb işçiləri təşkil edir. COVİD-19 inefksiyasının təhlükəli olması və onun nəticələri həkimlər üçün həyat sığortası sisteminin inkişaf etdirilməsini zəruri edir.

Belə mühüm bir təkliflə Milli Məclisin deputatı Nigar Arpadarai öz Facebook səhifəsində çıxış edib.

“Bütün bu həftələr ərzində işlərini mükəmməl görən polis əməkdaşlarımıza təşəkkür etməliyik. Onların üzərinə çətin iş düşürdü.. Səbrlə, təmkinlə, vətəndaşlarla ünsiyyət quraraq üzərlərinə düşən məsuliyyətli işi həyata keçirdilər. Könüllülərimizi bir daha qeyd etmək istəyirəm. Çətin gündə vətəndaşların yanında oldular.

Lakin fədakarcasına işlərini görən həkimlərimiz hələ də ciddi təzyiq altında işləyir. Dövlət başçısı karantin tədbilərinin tətbiq olunmasının ilk dönəmində səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və əmək haqqlarının artırılması haqqında sərəncam imzalayıb. Lakin biz də fikirləşməliyik, təkliflərimizi etməliyik”.

Statistikaya görə 681 nəfər tibb işçisinin Covid-19 virusuna yoluxduğunu (yoluxanların 18%-i) deyən millət vəkili hələ keçən ayın əvvəlində həkimlər və tibb personalı üçün həyat sığortasının tətbiqi ilə bağlı təklif irəli sürərək, bu mövzu ilə bağlı sorğularını TƏBİB-ə və Mərkəzi Banka yönləndirdiyini diqqətə çatdırıb:

“TƏBİB-dən hələ cavab gözləyirəm, anlayıram ki, hazırda bu qurumun üzərinə ciddi yük düşür. Mərkəzi Bankın cavabını isə almışam. Gördüyüm budur ki, bu sistemin tətbiqi üçün qanunvericilikdə mexanizmlər var, sadəcə bəzi düzəlişlər/əlavələr olunmalıdır.

Həkimlər və tibb personalı üçün təhlükəsiz iş şəraitinin yaradılması ilə yanaşı, onlara digər “qoruma” üsulunu da təqdim etməliyik. Bu da həyat sığorta mexanizmidir. Bunu etmək üçün indi əsl zamanıdır”.

Bu təşəbbüsün ciddiliyini və lazımlığını nəzərə alaraq Nigar Arpadaraidən təklifi barədə ətraflı məlumat verməsini xahiş etdik. Millət vəkili pandemiya zamanı iki qrupa daxil olan insanların daha çətin durumda olduğunu qeyd etdi:

“Birinci qrup yaşlı insanlar daxildir. Məhz onların arasında ölüm halları daha çox oldu. Əlbəttə ki, həm dövlət, həm də cəmiyyət yaşlı insanlar arasında yoluxma hallarını minimuma endirmək üçün əlindən gələni etdi. Sevindirici haldır ki, bu zaman yaşlılara xüsusi qayğı göstərildi, “Yaşlılarımızı qoruyaq!” kimi bir çox aksiyalar keçirildi, könüllülər onların evlərinə yemək apardılar və sair.

Ən yüksək risk qrupu hesab olunan ikinci qrupa isə tibb işçiləri daxildir. Statistikaya görə, onlar dünyada yoluxmuş insanların əhəmiyyətli bir hissəsini təşkil edirlər. Eyni hal Azərbaycanda da baş verir. Məsələn, TƏBİB-in son məlumatları göstərir ki, ölkəmizdə virusa yoluxanların 18% -ni həkimlər təşkil edir”.

Millət vəkili məhz bu səbəbdən bir ay əvvəl tibb işçilərinin sığortlanması təklifi ilə çıxış etdiyini bildirib: “Bu insanlar indi koronavirusla mübarizənin önündədirlər, həyatlarını və sağlamlıqlarını təhlükəyə atırlar. Buna görə də, məsələn, bir həkim koronavirusa yoluxubsa, xəstəliyi əlillik və ya ölümlə nəticələnibsə, hesab edirəm ki, onun mütləq sığortası olmalıdır”.

Nigar Arpadarai qeyd edib ki, əvvəllər Azərbaycan Mərkəzi Bankına və  TƏBİB-ə müvafiq sorğular göndərib və onun fikrincə, məqbul olan bir neçə variant təklif edib. Məsələn, pandemiya zamanı hərbçilərə tətbiq olunduğu kimi tibb işçilərinə də dövlət sığortasının tətbiqi və ya dövlətin və özəl sektorun birgə işi nəticəsində müəyyən bir mexanizmin yaradılması:

“Sığortaçılar asosiasiyası ilə əməkdaşlıq edərək nəticədə belə qənaətə gəldik ki, bunun üçün ən məqbul variant istehsalatda bədbaxt hadisələr haqqında qanunun tətbiqidir. Demək olar ki, bu, söhbət etdiyimiz hallara çox uyğundur, sadəcə qanunun şamil edildiyi şəxslərin siyahısına tibb işçilərini də daxil etməklə sənədə kiçik dəyişikliklər və əlavələr etmək lazımdır. Yeri gəlmişkən, Mərkəzi Bank müraciətimə cavab olaraq məhz bu qanunun tətbiq olunmasının mümkünlüyünü təsdiqlədi.

Hesab edirəm ki, bu şəkildə biz vaxt da qazanmış olacağıq. Çünki ayrıca yeni qanun və ya qaydaların hazırlanmasına artıq ehtiyac qalmayacaq. Buna görə də düşünürəm ki, bu, bütün tibb işçilərinin mühafizə sistemini inkişaf etdirə biləcək ən əlverişli mexanizmdir”.

F.Bağırova

Paylaş:
831

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdıBu gün, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTOBu gün, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilirBu gün, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyirBu gün, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olubBu gün, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edirBu gün, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdirBu gün, 16:52Baş prokuror Çinə səfər edibBu gün, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilibBu gün, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”Bu gün, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilirBu gün, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilibBu gün, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilibBu gün, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıbBu gün, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!Bu gün, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edibBu gün, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıbBu gün, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıbBu gün, 13:48ABB-dən cəmi bir günə tender qarantiyasıBu gün, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıbBu gün, 13:23
Bütün xəbərlər