1news.az

“Qarabağ”ın cavab oyununa hakim təyinatları açıqlandı

23 İyul saat 17:21 ~ 1 dəqiqəlik oxu 91
“Qarabağ”ın cavab oyununa hakim təyinatları açıqlandı

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" -  "Dundalk" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

1news.az AFFA-nın saytına istinadən xəbər verir ki, "Dalğa Arena"da keçiriləcək matçın baş hakimi Norveç Futbol Federasiyasından Svein Oddvar Moen olacaq. Ona Magnus Lundberg və İsaak Elias Skyeset Başevkin köməklik edəcək. Dördüncü hakim funksiyasını  Sigurd Kringstad yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Dundalk" cavab görüşü iyulun 31-i yerli vaxtla 21:00-da başlayacaq. Bu komandalar arasında ilk oyun isə sabah İrlandiyada keçiriləcək.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Azərbaycan futbolu BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net