“Qarabağ” “Milan” və “Lester”i qabaqladı | 1news.az | Xəbərlər
İdman

“Qarabağ” “Milan” və “Lester”i qabaqladı

15:41 - 04 / 06 / 2019
“Qarabağ” “Milan” və “Lester”i qabaqladı

UEFA 2018/2019-cu illər mövsümündə klubların reytinq siyahısını açıqlayıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, sıyahıda birinci yerdə "Real", ikinci yerdə "Barselona", üçüncü yerdə isə "Bavariya" qərarlaşıb.

İlk onluqda həmçinin "Atletiko", "Yuventus", "Mançester Siti", "Sevilya", "PSJ", "Arsenal" və "Porto" qərarlaşıblar.

Azərbaycanın "Qarabağ" klubu siyahıda İtaliyanın "Milan" (78), İngiltərənin "Lester" (72) və Hollandiyanın "Feyenord" (71) klublarından önə keçərək 70-ci yerdə qərarlaşıb.

Azərbaycanın "Qəbələ" klubu 173-cü, "Keşlə" 273-cü, "Neftçi" 274-cü, "Zirə" 275-ci, "Kəpəz" 276-cı yerlərdə qərarşlaşıblar.

1news.az

Paylaş:
788

Son xəbərlər

Bakıda yol çökdü - FOTO

28 / 03 / 2026, 14:46
Bütün xəbərlər