Qarabağ qazisinin acınacaqlı etirafı: Artıq satmağa heç nəyimiz qalmayıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ qazisinin acınacaqlı etirafı: Artıq satmağa heç nəyimiz qalmayıb – FOTO

18:11 - 22 / 11 / 2020
Qarabağ qazisinin acınacaqlı etirafı: Artıq satmağa heç nəyimiz qalmayıb – FOTO

Artıq neçə gündür ki, Azərbaycan xalqı qələbə sevincini yaşayır. Hər bir azərbaycanlının qəlbində ən böyük arzularından biri – Doğma Qarabağımıza qovuşmaq arzusu həyata keçdi. Ali Baş Komandan İlham Əliyev və Müzəffər Ordumuz hesabına Doğma Qarabağımız 28 illik işğaldan azad olundu.

Qarabağın erməni işğalından azad olunmasında iştirak edənlərdən biri də Samir Qasımovdur. Erməni gülləsindən aldığı zədə nəticədinə onun bir ayağı amputasiya olunub, o, ikinci qrup əlildir. Çarəsiz qalan qazi son ümidini redaksiyamıza üz tutmaqda görüb:

“Birinci Qarabağ döyüşü zamanı ayağımdan güllə yarası aldım. Həkimlər ayağımı kəsdi. İkinci qrup əliləm. İşləmək imkanım var, lakin işlə bağlı hara gedirəmsə, məni işə götürmürlər. Və yaxud da, bir yerə işə gedirəm, görürlər ki, axsayıram, işdən uzaqlaşdırırlar.

Ailəmiz 9 nəfərdən – yaşlı anam, qardaşım və ailəsi, bacım və uşaqlarından ibarətdir. Ailəmizin yeganə dolanışıq yeri qardaşım bərbərlikdən qazancı və mənim əlilliyə görə aldığım pensiyamdır. Bir neçə aydır ki, ölkədə hökm sürən koronavirus pandemiyası, karantin rejimindən dolayı qardaşım da evə qazanc gətirə bilmədi. Mənim əlilliyə görə pensiya aldığım üçün 190 manatlıq yardım da bizə düşmədi. Həmçinin vaxtında müalicə ala bilmədiyim üçün ayağım qanqrena oldu. Üstəlik ailənin dolanışıq, kommunal və mənim dərman xərcləri yığıldı. Məcburiyyətdən dolayı 7 min manat borc toplandı”.

Çarəsiz qalan qazi utanaraq qeyd etdi ki, borcları da vaxtında ödəyə bilmədikləri üçün evlərini satmalı olublar:

“Evimiz Bakının Xətai rayonunda yerləşirdi. Düzü ev qəzalı vəziyyətdə olsa da, bazar qiyməti 50-60 min manatdır. Lakin borclardan dolayı tez-tələsik satdıq. Çünki borc aldığımız şəxs pulunu istəyirdi. Evi 31 min manata satdıq. Üstəlik həmin şəxs evdən qeydiyyatdan çıxmağımıza və yeni ev sahibinin qeydiyyata düşməsinə 5 min manat da aldı bizdən. Əlimizdə qəpik-quruş qaldı. Artıq satmağa heç nəyimiz qalmayıb”.

Sonda Samir bəy qeyd etdi ki, hər işdə işləməyə razıyam, təki məni işə götürsünlər:

“Heç olmaya evə çörək pulu gətirim. Öz dərman, müalicə xərclərimi özüm ödəyə bilim. Satmağa heç nəyimiz qalmayıb”.

Xeyirsevər xalqımızın belə bir deyimi var: “Əl tutmaq Əlidən (imam) qalıb”. İnanırıq ki, aidiyyatı qurumlar və xeyirsevər xalqımız Samir bəyə lazımi köməkliyini əsirgəməyəcək.

Samir Qasımovun anasının nömrəsi (055) 385-28-65

S.Xankişiyeva

Paylaş:
1385

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər