Rasim Musabəyov: Erməni lobbisi Teoxaruos kimiləri Qarabağa pulla ələ alaraq gətirir | 1news.az | Xəbərlər
Siyasət

Rasim Musabəyov: Erməni lobbisi Teoxaruos kimiləri Qarabağa pulla ələ alaraq gətirir

16:40 - 14 / 11 / 2018
Rasim Musabəyov: Erməni lobbisi Teoxaruos kimiləri Qarabağa pulla ələ alaraq gətirir

Azərbaycanda “yaxşı” tanınan Avropa Parlamentinin Kipr Respublikasından olan üzvü Eleni Teoxarus Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi “arzuolunmaz şəxs” elan edilib. E.Teoxarus barədə bu qərara Albaniya Konstitusiyasına, təhlükəsizliyinə və ölkədə asayişə təhlükə yaradan, ekstremist və nifrət yayan çıxışı səbəb olub.

Bu, xanım millət vəkilinin qanunsuz əməllərinə, o cümlədən qanlı separatçılıq və etnik təmizləməni təşviq etməsinə görə barəsində tətbiq edilən ilk qadağa deyil. Yuxarıda qeyd etdiyimiz kimi, Teoxarus məhz qanunsuz əməllərinə görə Azərbaycanda da “yaxşı” tanınır. Belə ki, onun adı  Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə etdiyi qanunsuz səfərlərə görə XİN-in “qara siyahısı”na daxil edilib, Azərbaycanın Cinayət Məcəlləsinin müvafiq maddələri ilə barəsində cinayət işi açılıb.

Amma görünən budur ki, AP üzvü siyasi statusuna yaraşmayan əməllər etməkdən çəkinmir, qanunverici orqanda təmsil olunmasına, qanunyaradıcılığı ilə məşğul olmasına baxmayaraq, cinayət tərkibli əməllər törədir.

Erməni diasporunun sifarişlərini yerinə yetirən bu xanım və onun kimi bir sıra digər ölkələrdən olan deputatlar, siyasətçilər təbii ki, həm də müəyyən şirnikləndirici təkliflər müqabilində, aldıqları rüşvətə görə belə qanunsuz addımlara gedirlər. Əks halda, separatçılığın təbliğ ilə məşğul olmaqdn çəkinər, ölkələrin ərazi bütövlüyənə qarşı hörmətsizlik göstərməzlər.

Bu adamın eyni mövqeyi Ukraynaya qarşı da sərgiləməsi onun mahiyyətini aydın şəkildə göstərir. Ona görə də Albaniyanın qərarı heç də təəccüb doğurmur və bu qərar çox güman ki, onun barəsində sonuncu olmayacaq.

Bu şəxsin Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Albaniya tərəfindən də “arzuolunmaz şəxslər” siyahısına daxil olunması onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən və briliyant alveri ilə məşğul olan, əslən Yunanıstandan olan Kaspar Karampetyanın da növbəti ifşasıdır. Eleni Teoxarusun Kaspar Karampetyanla əlaqələri vardır və onun işğal olunmuş ərazilərimizə səfərlərinin təşkilatçısı Karampetyandır. 

Mövzunu 1news.az-a şərh edən millət vəkili, politoloq Rasim Musabəyov bildirib ki, Azərbaycan həmin millət vəkilinin adını “qara siyahıya” salmaqla rəsmi mövqeyini nümayiş etdirdi:

“Mən də bu yanaşmanı bölüşürəm. Buna ayrı yanaşma ola bilməz. İndi orda seçkilər olacaq və hələ məlum deyil ki, bu adamlar yenidən Avropa Parlamentinə seçiləcəklər ya yox”.

R.Musabəyov vurğulayıb ki, Avropa Parlamentində 750 deputat var: “İndi deyirsiniz onlardan 50 nəfəri yaramaz olmasın”.

Deputat deyib ki, indiyə kimi digər ölkələrdən, o cümlədən Rusiyadan olan deputatlardan 15-ə yaxını Dağlıq Qarabağa qanunsuz səfərlər edib: “Biz belə insanları “qara siyahı”ya salırıq, bununla bağlı həmin ölkələrə nota verilir. İnterpol vaitəsilə isə onları axtarışa vermək,  yaxalamaq mümkün deyl. Çünki İnterpol siyasi motivi olan məsələlərlə bağlı işləmir”.

R.Musabəyov o fikirdədir ki, həmin şəxslər erməni lobbisi tərəfindən pulla ələ alınaraq, Dağlıq Qarabağa  gətirilir:

“Belə insanlara pul verirlər, digər yardımlar göstərirlər, hansınınsa arvadı ermənidir, digər şirnikləndirici təkliflər edilir. Yəni o faktdır ki, bu qanunsuz səfərlər erməni lobbisinin fəaliyyətinin nəticəsidir və buna heç kimin şübhəsi yoxdur. Siz düşünürsünüz ki, ağlı başınada olan durub Avropadan xəritədə tapılmayan, tanınmayan əhəmiyyəti olmayan dağlıq bir yerə siyasi missiya ilə gedəcək?! Aydındır ki, Teoxarus kimilərini yol pulundan tutmuş, ayrı istəklərini ödəmək şərti ilə səfərlərini təşkil edirlər”.

Millət vəkili xatırladıb ki, Azərbaycan tərtib etdiyi “qara siyahı” və diplomatik nümayəndəlikləri vasitəsilə öz etirazını həmin ölkələrə çatdırır:

“İndi hansısa ölkənin vətəndaşı bir neçə dəfə belə qanunsuz səfələr etdikdə Azərbaycan XİN həmin dövlətin Bakıdakı nümayəndəsini çağırıb öz etirazını bildirir. Bu məsələlər diplomatik xətlə həll edilir, eyni zamanda mətbuat vasitəsilə də öz narazılığımızı bildiririk”.

P.Sultanova

Paylaş:
479

Son xəbərlər

Cavanşir Məmmədovla vida mərasimi keçirilirBu gün, 15:56Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55
Bütün xəbərlər