1news.az

Rəhman Hacıyev: Gürcüstanla sərhəddəki insidentə tarixin prizmasından baxış

18 İyul saat 15:58 ~ 15 dəqiqəlik oxu 547
Rəhman Hacıyev: Gürcüstanla sərhəddəki insidentə tarixin prizmasından baxış

Müəllif: Rəhman Hacıyev, 1news.az-ın baş redaktoru  

Mənbə: Rəhman Hacıyevin Facebook sosial şəbəkəsində səhifəsi

F.X.Xoyskinin məktubundan bir hissə (Gəncə, 31 iyul 1918-ci il)

“[…] Allahın iznilə, bu əməliyyat sona çatacaq. Və o zaman bu çirkin erməni hərəkatının aradan qaldırılmasına ümid edirik. Gürcülərə gəlincə, onlarla daha pisdir: bizdə formal iqtisadi-gömrük müharibəsi gedir və ümumiyyətlə, sərhədləşmə, əmlakın bölünməsi və digər məsələrlə bağlı münasibətlər gərginləşib.

***

(Qeyd edim ki, bu məqalə ilk olaraq gürcü siyasətçilərinə, həmçinin sərhədin o biri tərəfində Gürcüstan-Azərbaycan münasibətlərini gərginləşdirməyə çalışanlara ünvanlanır. Çoxlu dostlarımın olduğu ümumi olaraq gürcü xalqına böyük hörmət bəsləyirəm).

Beləliklə, yaxın günlərdə KİV-lərin yaydığı məlumata görə, Azərbaycan-Gürcüstan sərhədində “Keşikçidağ” Məbəd-Kompleksində növbəti xoşagəlməz insident yaşanıb.

Bir qrup gürcü vətəndaşı azərbaycanlı sərhədçiləri Azərbaycan Respublikasının ərazisində hücum edərək, guya onlardan məbəddən götürdükləri ikonaları əllərindən almağa çalışıb.  Vurğulayıram ki, bizim sərhədçilərimizə (silahsız da olsa) bizim ərazimizdə hücum ediblər.

Mən tarixi mənsubiyyət baxımından ərazi məsələlərinin böyük pərəstişkarı deyiləm. Lakin söhbət Azərbaycan və onun qonşu dövlətlərlə sərhədindən gedir.

Beynəlxalq hüquq var, buna əsasən sərhədlərin delimitasiya prosesi aparılır. Deyək ki, buna əsasən Gürcüstanla Azərbaycan sərhədlərinin delimitasiya prosesi davam edir (müvafiq beynəlxalq hüquq komissiyaları bunun üzərində çalışır). SSRİ-i dövründən bizə miras qalan və BMT tərəfindən qəbul edilən sərhədlərimiz var.

Delimitasiya prosesi sona çatmayana qədər hər iki tərəf sərhədə – qonşu dövlətin suverenliyinə hörmətlə yanaşmalıdır.

Azərbaycan (öz ərazisində) bir sıra gürcü vətəndaşına maneəsiz olaraq “Keçikçidağ” kompleksinə daxil olmaq imkanı verib. Və gürcülər də artıq neçənci dəfədir ki, davranış normalarını kobud şəkildə pozurlar. Bununla yanaşı, bu məsələdə bir sıra müxalifətçi siyasətçilər bundan öz reytinqini artırmağa çalışırlar.

Bu dəfə bir sıra Gürcüstan vətəndaşı qeyd etdiyim kimi, sərhədçilərimizə hücum edib. Əslində, əsgərlərimiz xəbərdarlıq atəşi aça bilərdi. Vəziyyət daha da gərginləşdikdə isə birbaşa atəş də aça bilərdir. Axı söhbət dövlət sərhədindən gedir.

Bunun günahkarı kimdi?!

Sərhəddə vəziyyəti gərginləşdirən təxribatçılar?

Öz vətəndaşlarının davranışına nəzarəti təmin etməyi bacarmayan, ikimənalı bəyanatlar verən Gürcüstan hökuməti?

Bəlkə də sərt prinsipiallıq nümayiş etdirmək istəməyən biz özümümüzük?

Hər kəsin cavabı fərqlidir.

Düşünürəm ki, tarix bizə yaxşı dərs verə biləcək və davranışla bağlı xatırlatmalar verəcək. Ümumi ticarət apardığımız Gürcüstan (burada Gürcüstan ərazisindən keçən, ona yüksək gəlir gətirən neft və qaz boru kəmərlərini, SOCAR-ın bu ölkəyə investisiyaları haqqında, oraya gedən, milyonlar xərcləyən turistlərimizi xatırlayaq) yaxın qonşu hesab olunurdu.

Yüz illərdir ki, (bu, xanlıq, orta əsrləri və daha əvvəlki dövlətlər nəzərə alınmır) sərhəd məsələsi Cənubi Qafqazın üç dövləti arasında mübahisəli məsələ olaraq qalır.

Təəssüflə etiraf edək ki, müəyyən vəziyyətlərdən dolayı biz azərbaycanlılar daha çox ərazilərimizi qazanmaqdan çox, itirmişik. Möcüzə hesabına Naxçıvanı və Zaqatalanı saxlasaq da, Qarabağ neçə illərdir ki, Ermənistanın işğalı altındadır.

Lakin biz İrəvanı, Borçalını ... və bir çox ərazilərimizi itirdik.

Nümunə üçün, Osmanlı İmperiyası ilə Cənubi Qafqaz respublikaları arasında 1918-ci ilin iyunun 4-də imzalanan Batumi müqaviləsinə əsasən, Azərbaycan-Gürcüstan sərhədlərinin təsvirinə cəhd edilir, lakin bununla mübahisələr bitmir.

Gürcü və azərbaycanlıların razılaşa bilmədiyi məsələlər bunlar idi:

1.Zaqatala dairəsi; ləzgi, Azərbaycan türkləri və müsəlmanlığı qəbul etmiş bir az gürcülərdən (ingiloylar) ibarətdir.

2.Signahi bölgəsi ­ – qərb hissəsi gürcülər, şərq hissəsi isə azərbaycanlılardır.

3.Qarayaz çölü – Tiflis qəzasının şərqində azərbaycanlılar məskunlaşıb.

4.Borçalı – şimalda gürcülərdən (4 000), cənubda ermənilərdən (38 000), orta hissəsi Axalsıx qəzası isə sərhəddə Azərbaycan türklərindən (34 000) ibarətdir.

5.Axalsıx qəzası 10 000 provaslav gürcülərdən, 23 000 ermənilərdən və 52 000 müsəlmanlardan ibarətdir.

6.Qafqazın cənub-şərqi hissəsi – Batumi və Qars vilayəti; bu bölgə əsasən müsəlman-türkləri, kürdlər, lazlar və müsəlmanlığı qəbul etmş gürcülər (225 min), ermənilər (11 min), 9000 gürcülər və 26 min rus məskunlaşıb.

Həmin dövrlər Zaqatala dairəsi Azərbayan Respublikasının inzibati ərazisində idi. Sigah və Qarayazı Gürcüstanın hakimiyyətində idi. Borçalı ərazisi 1918-ci ilin dekabrında Gürcüstanla Ermənistan arasında bölüşdürülüb.

Sovetləşmədən sonra əlbəttə ki, Rusiyanın iştirakı ilə bir çox birgə komissiyaların iclaslarınının nəticəsi olaraq 1922-ci ildə ərazi məsələləri bu cür həll olunur: Zaqatala Azərbaycanın tərkibində qalır, Signah, Borçalı mahalı, Qarayaz çölü, Axalsıx qəsazı Gürcüstana verilir.

Və bu, həmin ərazilərdə çoxlu azərbaycanlıların yaşamasına baxmayaraq edilir.

Nəticədə nə baş verdi? XİN rəhbəri M.H.Hacınskiyə M.Ə.Rəsulzadənin məktubunda bu sözlər yer alır: “Biz türkləri verdik”.

Nümunə üçün tarixçi S.Mustafayeva bu haqda yazır:

“Rusiya İmperiyasının süquqtundan sonra, 1917-ci ilin oktyabrında bolşeviklərin hakimiyyətə gəlişindən sonra Cənubi Qafqazda bir çox müstəqil respublikalar yaranır. Yeni respublikaların hüdudu təyin edilməmişdi, buna görə də əsas həll olunası problem sərhədlərin təyini məsələsi idi.

Azərbaycan Respublikası etnik tərkibinə uyğun ərazi almadı. Belə ki, yeni yaranmış respublikalar arasında sərhəd “ələ keçirmə üsulu” ilə idi. Yaranmış şərait Zaqafqaziyanın müsəlman əhalisinin, çoxu da azərbaycanlıları əlverişsiz vəziyyətə qoydu.

Ərazi iddiaları bir sıra Zaqafqaziya respublikalarını münaqişələrə, hətta dövlətlər arasında müharibələrə gətirib çıxardı.

Sərhəd məsələləri ilə bağlı münaqişələrin nizamalanması üçün iclaslar, konfranslar keçirilir. Lakin buna baxmayaraq bu məsələ birdəfəlik həll olunmur və Zaqafqaz sovet respublikalarına miras qalır”.

Sonda “ADR. Xarici siyasət (sənədlər və materiallar)” toplusundan bir hissəni sizinlə bölüşdürmək istərdim.

Oxuyun və özünüz üçün nəticə çıxarın ki, söhbət sərhəd məsələsindən gedirsə, bugünkü bir neçə gürcü siyasətçi və millətçilərin davranışından təəccüblənməyə dəyər?

Mənim üçün maraqlıdır ki, ölkələrimiz arasında ciddi iqtisadi əlaqələr olmasa idi, saxta gürcü vətənpərvərlər nə qədər uzaq gedə bilərdi?

Və onlar deyək ki, bir zamanlar sovet hökumətinin əlimizdən aldığı Borçalı və digər ərazilərin yenidən baxılması məsələsinə hazırdırlarmı?

Bəlkə sürprizlər boxçasını açmayaq və beynəlxalq hüquq komissiyasının sərhədlərin delimitasiyası prosesini sona çatdırmağa imkan verək?

Azərbaycanın Rusiya ilə sərhədlərin delimitasiya prosesi tamamilə bitib. Bu da dövlət başçılarımızın tarixi uğurudur.

Bəs nə üçün saxta gürcü vətənpərvərlər sakit oturmur və dövlət orqanlarına öz işini sona çatdırmağa imkan vermir?

Və sərhədin o biri tərəfində radikal tədbirləri sevənlərə müraciət edirəm: unutmayın ki, bütün dünya ilə mübahisə apara bilərsiniz, arzulaya bilərsiniz ki sizi NATO və Aİ-yə (həqiqətdə isə sizi oraya HEÇ VAXT qəbul etməyəcəklər) qəbul edəcəklər. Lakin sizin ölkə iqtisadiyyatına iri investisiyalar yatıran, çətin anlarda dostluğunu nümayiş etdirən (nümunə üçün, 2008-ci ilin soyuq qışında) yaxın qonşunuzla dalaşmayın.

***

Azərbaycan nümayəndə heyətinin sədri M.Ə.Rəsulzadənin xarici işlər naziri M.H.Hacinskiyə verdiyi hesabat (19 iyul 1918-ci il, İstanbul)

Gürcülər çox şikayətlənir. Ədəbsiz xüsusi zövqlə sərhədlər haqqında danışırdılar.

Deyirlər ki, Gegeçkori yaxın günlərdə qayıdacaq. Ənvər Paşa deyir ki, gürcü hökuməti Azərbaycanın xarici işlər nazirinə müraciət edərək sərhəd məsələləri və digər xüsusiyyətlərin həlli üzrə komissiyanın təşkilini təklif ediblər.

Borçalı mahalı, Qarayazı çölü, Zaqatala və Signah qəzaları Azərbaycanın xəritəsinə köçürülüb və bunları qoruyacağıq. Lakin bizə Borçalı və Qarayazıdan sərəncam, teleqram və digər sənədləri göndərin. Vacibdir ki, onlar lazımlıdır və bu hesabda “kampaniya” açılmalıdır.

Nuri Paşa hökumətinin elanı varsa bir və ya bir neçə nüsxədə göndərin. Müstəqillik haqqında sənəd, müstəqilliyin elan edilməsilə bağlı hökumətin teleqramının nüsxəsi, Gürcüstana qarşı etirazın nüsxəsi çox vacibdir. Burada Osmanlı idarələrində bunlar tapılmayıb. İstanbul mətbuatında Batumidən müstəqilliyin elan edilməsilə bağlı teleqram dərc edilməyib. Ola bilsin digər qəzetlərə və ya paytaxta verilə bilər. Bu, məlum deyil. Heç cürə araşdıra bilmirik.

***

Xarici işlər naziri M.H.Hacinskinin Azərbaycanın İstanbuldakı nümayəndə heyətinin sədri M.Ə.Rəsulzadəyə Gürcüstanla ərazi mübahisəsinin məzmunu haqqında məlumat (Yelizavetpol, 20 iyul 1918-ci ildən tez olmayaraq).

Bu gün gürcülər dəstələrimizin kəndlərdən çıxarılması ilə bağlı ultimatum təqdim ediblər. Qarayazı. Çoxdandır ki, orada Vəhşi diviziyanın dəstələri dayanırdı, lakin gürcülər Qarayazın öz ərazilərinin bir hissəsi hesab etdikləri üçün bunu hərbi güc vasitəsilə həyata keçirmək istəyirlər.

Gürcülərin bütün məsələlərlə bağlı münasibəti gülüncdür. Biz Gürcüstana, Avstriyaya, Almaniya və Türkiyəyə etirazlar göndərmişik. Silahlı qarşıdurma qaçılmazdır.

Bir neçə dəfə konfrans təşkil etməyi təklif etmişik. Əgər sərhədləşmə məsələsi Konstantinopolda aydınlaşdırılacaqsa, şahid olun ki, biz: Borçalı, Signah, Zaqatala dairəsi, Tiflis qəzasının bir hissəsi və Qazax sakinlərinin iradəsini yazılı formada təqdim edirik. Əgər bu sənədlər vacib bilinərsə, bunları sizə göndərə bilərik.

Xarici işlər naziri M.H.Hacinski

***

Azərbaycanın İstanbuldakı nümayəndə heyətinin sədri M.Ə.Rəsulzadənin Azərbaycan Respublikasının Nazirlər Şurasının sədri F.X.Xoyski və xarici işlər naziri M.H.Hacinskiyə hesabatı (2 sentyabr 1918-ci il, İstanbul).

Burada sərhədlərlə bağlı danışmaq istərdim. Tələt Paşa bizi təəccübləndirdi. Cibindən xəritə çıxararaq Gürcüstanın bir tərəfdən Göyçay və Qazax, digər tərəfdən isə Zaqatala və Azxalaaxtuari ilə əhatələnmiş sərhəd xətlərini göstərdi. Buna əsaslanaraq o dedi ki, yalnız sərhədlərin düzəldilməsi haqqında danışmaq olar, yoxsa razılığa gələ bilmərik, qan tökülər. Mən də ona dedim ki, nə etmək olar, əgər məcbur edərlərsə, qan tökmək də olar və biz ayrıldıq.

***

Azərbaycanın xarici işlər naziri M.H.Hacinskinin Gürcüstanın Nazirlər Şurasının sədri və xarici işlər naziri N.V.Ramişviliyə notası (14 iyun 1918-ci il, Yelizavetpol).

Öz hökumətim adından sizi aşağıdakılarla məlumatlandırmaq şərəfindəyəm:

Bu gün dərc olunan hökumət məlumatından, qismən mövcud şəxsi məlumatların təsdiqindən göründüyü kimi, Borçalı qəzasını Gürcüstanın ərazisi hesab edən gürcü hökuməti guya qəzanın quldur dəstələrindən təmizlənməsi üçün oraya alman dəstələri ilə birlikdə gürcü qoşunlarını göndərib. Borçalı qəzasının sakinləri həmin dəstələrlə dinc müsəlman sakinlər arasında silahlı qarşıdurmanın olduğunu bildirir.

Mətbuatda dərc olunan məlumatlara görə, gürcü hökumətu Zaqafqaziya dəmir yolları xətti üzrə Poylu stansiyasına qədər ərazinin tutulması haqqında sərəncam verib.

Nəzərinizə çatdırım ki, Borçalı, Tiflis və Signah qəzalarının müsəlman əhalisi dəfələrlə Azərbaycan Respublikasının tərkibində olmaq istəyini dilə gətiriblər. Hökumətim gürcü hökumətinin yuxarıdakı sərəncamını qəti şəkildə etiraz edir və təkidlə dövlətlərimiz arasında mehriban qonşuluq əlaqələrinin saxlanılması, Borçalı mahalının hududlarından hərbi dəstələrin çıxarılması və Azərbaycanın yuxarıda qeyd olunan ərazisinin zəbti haqqında sərəncamın ləğvilə bağlı təxirəsalnmaz tədbirlər görsün.

Bununla yanaşı əlavə edim ki, iki qonşu respublikanın dövlət sərhədlərinin təyini ilə bağlı məsələdə hökumətim hesab edir ki, hökumətlərimizin təyini ilə birgə komissiyanın həllinə təqdim etmək məqsədyönlüdür.  

***

Nazirlər Şurasının sədri F.X.Xoyskinin xarici işlər naziri M.H.Hacinkiyə Azərbaycanın müstəqillik elan edilməsilə bağlı radioqram göndərilməsilə haqqında təlimatı (29 may 1918-ci il, Tiflis).

Hörmətli Məmməd Həsən!

Burada Azərbaycanın müstəqilliyinin elan olunması ilə bağlı teleqramın göndərilməsində bir sıra maneələrlə qarşılaşırıq. Sizə teleqramın mətnini rus və fransız dillərində göndərirəm orada radio vasitəsilə birbaşa Konstantinopola göndərəsiniz. Nəsib bəy və Sultnov Yelizavetpola əhalinin hazırlanması və məlumatlandırılması üçün göndərilib.  

Ermənilərlə bütün mübahisələr həll olunub, müharibənin dayandırılması ilə bağlı ultimatumu qəbul ediblər. Onalara İrəvanı güzəşt etdik.

Müstəqillik haqqında teleqramı Tiflisdən aldığınız kimi qeyd edin, bu formada da Konstantinopola göndərin. Mümkün olarsa teleqramı göndərməyinizlə bağlı bizi məlumatlandırın. Və Türkiyə buna rəsmi olaraq necə yanaşdı?

Fransız dilində olan mətnin sonunda müvəqqəti hökumətin Yelizavetpol şəhərində olmasını əlavə edin.

Sizin F.Xoyski

***

Nazirlər Şurasının sədri F.X.Xoyskinin Azərbaycanın İstanbuldakı nümayəndəsinin sədri M.Ə.Rəsulzadəyə ermənilərlə ərazi mübahisələrinin mümkün həlli formalarının qərarı və Azərbaycanın təcili olaraq pul nişanları ilə təmini ilə bağlı tədbirlər haqqında göstərişi (Gəncə, 31 iyul 1918-ci il).

Çox hörmətli Məmməd Əmin!

İki gün əvvəl Məmməd Həsən cəbhəyə yollandı, bu gecə mən də yollanacağam. Qoşunlarımız Bakıya yaxınlaşaraq Qobu, Xırdalan və Sumqayıtı zəbt edib, dəmir yolu üzrə isə Hacıqabul və Ələt arasındadırlar. Əgər fövqəladə nəsə baş verməzsə, ümid edirik ki, 3-4 günə Bakını alacağıq.

Qardaşım oğlu ilə göndərdiyiniz məktub və qəzetləri aldıq. Bütün dünyada müdafiə edəcəyiniz Azərbaycanın sərhədləri ilə bağlı xəritənin nüsxəsini sizə göndərirəm; əgər ermənilər Qarabağla bağlı iddialarını bəyan edərlərsə, İrəvan və Qazax qəzasının bir hissəsini onlara güzəştə gedilməsindən imtina edin. Əgər ermənilər şifahi razılaşma əsasında qalacaqlarsa, onlara xəritədə punktirlə göstərilmiş İrəvan qəzasının bir hissəsini güzəştə getmək olar.

Deyim ki, ermənilər sakitləşmir, gah orda, gah burda müsəlmanları və onların kəndlərini atəşə tuturlar. Yaxın günlərdə Yeni Bəyazitdə bir neçə müsəlman kəndlərini məhv ediblər. Onların generalı Andranik oz qoşunlarını İrəvan qiberniyası ilə Yelizavetpola və Zəngəzur mahalı ilə Gorusun sərhədlərinə çəkir. Hamılıqla Bakı məsəsi ilə məşğul olduğumuz üçün həlledici addımlar atmayana qədər, Allahın iznilə bu əməliyyat sona çatan kimi, ümid edirik ki, hiddətli erməni hərəkatını ləğv edəcəyik.

Gürcülərə gəlincə, onlarla daha pisdir: bizdə formal iqtisadi-gömrük müharibəsi gedir və ümumiyyətlə, sərhədləşmə, əmlakın bölünməsi və digər məsələrlə bağlı münasibətlər gərginləşib. Sizə sərhədlə bağlı əlavə xəritəni gödərirəm. Həmçinin Azərbaycanın müstəqilliyinin elan edilməsilə bağlı teleqramın (fransız dilində) nüsxəsini göndərirəm. Əgər dövlətlərə bu telerqam çatırıdılmayıbsa, mütləq məlumatlandırmaq lazımdır ki, teleqram qarışıqlarına görə çatmayıb.

Sizin F.Xoyski.

***

İrəvan quberniyasının müsəlman icmasının sədri T.Makinskinin Nazirlər Şurasının sədri F.X.Xoyski və xarici işlər nazirinə quberniyanın müsəlman əhalisinin fəal müdafiəsilə bağlı çıxışının vacibliyi ilə əlaqədar müraciəti (18 yanvar, 1919-cu il).

Məlum olduğu kimi, ötən ilin yayında türk qoşunları tərəfindən İrəvan quberniyasının bir hissəsi, xüsusilə müsəlman əhalisi olan Sürməli və Şərur qəzaları, həmçinin Eçmiədzin, İrəvan və Naxçıvan qəzaları tutulub.

Bu qəzalarda müsəlmanlar üstünlük təşkil edir. Türklər tərəfindən həmin ərazilərin təmizlənməsi erməni hökuməti məlum olmayan əsaslarla Ermənistan Respublikasının əsas hissəsi kimi Sürməli, Eçmiədzin və İrəvan qəzalarına öz qoşunlarını yeridib. Və erməni qoşunları ilə müsəlaman əhali arasında hərbi qarşıdurmaların olduğu Şərur və Naxçıvan qəzalarını da zəbt etmək niyyətindədirlər.  

İrəvan quberniyasının müsəlman icması bu məsələni bu ilin yanvarın 17-də müzakirə edib və nəzərə alıb ki, Azərbaycan hökuməti sadalanan ərazilərdə sakinləri fəal müdafiə etmək imkanına malik deyil.  

İcmalarla bağlı danışıqların aparılması üçün yaxşı olar ki, Ermənistan və Azərbaycan respublikalarının nümayəndələrindən və Tiflisdə müttəfiq komandanlıqdan ibarət xüsusi konfrans təşkil olunsun. Azərbaycandan bu komissiyanın tərkibində diplomatik nümayəndə Cəfərovdan başqa, İrəvan məsələləri ilə tanış hökumət üzvlərindən kimsə və icma nümayəndələri də olsun.

İdarə Heyətinin sədri T.Makinsi

Fotoda: Azərbaycan Respublikasının BMT-nin saytında xəritəsi

Videoda Gürcüstan vətəndaşları azərbaycanlı sərhədçiləri Keşikçidağ kompleksində təxribata sövq edir.

(İxtisarla)

Tərcümə: S.Xankişiyeva

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Köşə BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net