1news.az

Sabah hava dumanlı olacaq

22 Oktyabr saat 12:24 ~ 1 dəqiqəlik oxu 55
Sabah hava dumanlı olacaq

Oktyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 20-22, Bakıda gecə 14-16, gündüz 20-22 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında

Oktyabrın 23-də hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi şimal və şərq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net