1news.az

Sabah hava necə olacaq? - PROQNOZ

10 Aprel saat 13:04 ~ 1 dəqiqəlik oxu 333
Sabah hava necə olacaq? - PROQNOZ

Aprelin 11-də gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, aprelin 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. 

Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 6-9° isti, gündüz  12-16° isti, Bakıda  gecə 7-9° isti, gündüz 14-16° isti olacaq. Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq.  

Azərbaycanın rayonlarında arabir yağış,  dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb  küləyi əsəcək.Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq. 

Tibbi-meteoroloji proqnoz

Aprelin 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü  meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

1news.az


 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net