Sahibkarlar və özünüməşğulluq proqramına qoşulmuş fermerlər KOBİA-nın onlayn maarifləndirmə tədbirindən yararlanıblar  – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sahibkarlar və özünüməşğulluq proqramına qoşulmuş fermerlər KOBİA-nın onlayn maarifləndirmə tədbirindən yararlanıblar  – FOTO

14:08 - 06 / 11 / 2019
Sahibkarlar və özünüməşğulluq proqramına qoşulmuş fermerlər KOBİA-nın onlayn maarifləndirmə tədbirindən yararlanıblar  – FOTO

Mikro, kiçik və orta sahibkarlıq subyektlerinin müxtəlif mövzularda məlumatlandırılması məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və müvafiq dövlət qurumlarının iştirakı ilə onlayn maarifləndirmə tədbirləri keçirilir.

1news.az-ın verdiyi xəbərə görə, KOBİA-nın təşkilatçılığı, Azərbaycan Dövlət İqtisad Universiteti, Kənd Təsərrüfatı Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin dəstəyi ilə növbəti belə onlayn maarifləndirmə tədbiri noyabrın 6-da aqrar sektorda fəaliyyət göstərən KOB-lar və özünüməşğulluq proqramına qoşulmuş fermerlər üçün təşkil edilib.

Sahibkarların və özünüməşğulluq proqramına qoşulmuş fermerlərin onlayn maarifləndirmə tədbirindən daha çox faydalanması və aqrar sahədəki son yeniliklər barədə ətraflı məlumatlandırılmaları üçün KOBİA-nın mərkəzi ofisində, eləcə də ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən “KOB Dostu” ofislərində və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərində (DAİM) zəruri təşkilati və texniki imkanlar yaradılıb. 

Onlayn tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri sahibkarları və fermerləri aqrar sahəyə göstərilən dövlət dəstəyi tədbirləri, o cümlədən kənd təsərrüfatı texnikasının və damazlıq heyvanların lizinq üsulu ilə verilməsi, mineral gübrə və pestisidlərin güzəştlə satılması, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili, güzəştli kreditlərin verilməsi, eləcə də 2020-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq olunacaq yeni subsidiya qaydaları barədə məlumatlandırıblar.

Tədbir çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən sahibkarların və özünüməşğulluq proqramına qoşulmuş fermerlərin çoxsaylı sualları cavablandırılıb.

Ümumilikdə onlayn maarifləndirmə tədbirindən 1300-dən çox sahibkar və fermer yararlanıb.

Onlayn maarifləndirmə tədbiri KOBİA-nın və Kənd Təsərrüfatı Nazirliyinin “Facebook” səhifələrindən birbaşa yayımlanıb.

S.Xankişiyeva

 

 

Paylaş:
531

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər