1news.az

Şəhid polkovnik dəfn olundu - FOTO

24 Noyabr saat 13:31 ~ 1 dəqiqəlik oxu 3060
Şəhid polkovnik dəfn olundu - FOTO

Polkovnik Babək Səmidli dəfn olunub.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, şəhid polkovnik Göyçay rayon şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin yaxınları, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri və digər ziyalılar iştirak ediblər.

Qeyd edək ki, şəhid polkovnik ötən gün işğaldan azad olunan Suqovuşan qəsəbəsində minaya düşərək həlak olub.

Xatırladaq ki, polkovnik son çıxışlarından birində qeyd etmişdi ki, Azərbaycan əsgəri canı, qanı bahasına torpaqlarımızı işğaldan azad edib:

"30 ildir biz o utancı yaşayırdıq. Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Şərəfli və doğru yolu seçin, yalnız 3 məqsədimiz olsun - ya qalib olaq, ya qazi olaq, ya da şəhid. Azərbaycan əsgərinin başqa seçimi ola bilməz".

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net