Sevinc Fətəliyeva: Ermənistan bilərəkdən danışıqlar prosesindən imtina edir və regionda gərginliyi artırmağa çalışır | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: Ermənistan bilərəkdən danışıqlar prosesindən imtina edir və regionda gərginliyi artırmağa çalışır

17:05 - 21 / 09 / 2020
Sevinc Fətəliyeva: Ermənistan bilərəkdən danışıqlar prosesindən imtina edir və regionda gərginliyi artırmağa çalışır

Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində xarici havadarlarının köməyi ilə torpaqlarımızın 20 faizini işğal edib.

Bu işğal nəticəsində bir milyondan artıq soydaşımız doğma yurd-yerlərini tərk etmək məcburiyyətində qalıb. Təcavüzkar siyasət aparan Ermənistan işğal altında olan ərazilərdə yaradılan separatçı rejimə hərtərəfli dəstək verməklə yanaşı, mövcud status-kvonun saxlanmasına çalışır. Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar məhz Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində dalana dirənib. Təbii ki, Azərbaycan ölkəmizin ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Dövlətimizin mövqeyi bundan ibarətdir ki, mövcud status-kvo davam edə bilməz, danışıqlar prosesində substantiv nəticələr əldə olunmalıdır. Yəni, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınan Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı fəaliyyətin çox mühüm strateji istiqamətlərindən birini hücum diplomatiyası təşkil edir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan öz prinsipial mövqeyindən bir addım da olsun geri çəkilməyəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra yerli televiziyalara müsahibəsi zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mühüm bəyanatlar verdi.

“İşğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmaq və status-kvonu saxlamaq üçün təxribatlara əl atır”, - deyən deputat qeyd edib ki, terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində demoqrafik vəziyyəti süni şəkildə dəyişməyə cəhd göstərməsi isə beynəlxalq müharibə cinayətidir. S.Fətəliyeva qeyd edib ki, Ermənistan bu davranışı ilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində bütün imkanların üzərindən xətt çəkir: “Ermənistan bilərəkdən danışıqlar prosesindən imtina edir və regionda gərginliyi artırmağa çalışır. Dünya ictimaiyyəti, bütün beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığı, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsini pislədiyi halda indiyə qədər Ermənistan öz təxribatçı əməllərindən geri çəkilmir. Ermənistanın işğalçı olduğunu təsdiq edən kifayət qədər beynəlxalq sənəd var. BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurasının, Qoşulmama Hərəkatının və digər beynəlxalq təşkilatların erməni işğalı ilə bağlı qəbul etdiyi qətnamələr və sənədlər hər kəsə yaxşı məlumdur. Lakin Ermənistan bu sənədlərin heç birinə məhəl qoymur və öz qanunsuz əməllərini davam etdirir. Təəssüfləndirici amil isə ondan ibarətdir ki, Ermənistana qarşı həmin beynəlxalq təşkilatlar, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi olan ATƏT-in Minsk qrupu heç bir təzyiq göstərmir. Ermənistan isə bu cəzasızlıqdan ilham alaraq növbəti cinayətlərə, qanunsuzluqlara və təxribatlara əl atır. Bütün bunlar onu göstərir ki, Ermənistan növbəti təxribatlara və müharibəyə hazırlaşır. Dövlətimizin başçısı İlham Əliyev yerli televiziyalara müsahibəsində bu məsələni də qeyd edərək Ermənistana layiqli cavab veriləcəyini vurğuladı. Prezident bir daha bildirdi ki, Azərbaycan mütləq öz torpaqlarını işğaldan azad edəcək. Dövlətimizin başçısı qeyd etdi ki, Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Bütün dağıdılmış tarixi abidələri, dağıdılmış evləri bərpa edəcəyik”.

Milli Məclisin deputatı deyib ki, Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin mesajından nəticə çıxarmalıdır: “Bu gün beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, öz torpaqlarını işğalçılardan təmizləmək Azərbaycanın qanuni haqqıdır. Həmçinin Azərbaycanın güclü Ordusu hər zaman torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bunu həm Aprel döyüşləri, həm Günnüt əməliyyatı, həm də Tovuz istiqamətində gedən döyüşlər bir daha təsdiqləyir. Azərbaycan heç zaman torpaqlarının işğal altında qalmasına razı olmayacaq. Torpaqlarımız Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində işğaldan azad ediləcək və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar”.

S.Xankişiyeva

 

Paylaş:
710

Son xəbərlər

Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:46
Bütün xəbərlər