Tarix yazan  qədim boyatlar – o illərin məktəbi...! | 1news.az | Xəbərlər
Cəmiyyət

Tarix yazan  qədim boyatlar – o illərin məktəbi...!

11:43 - 24 / 09 / 2020
Tarix yazan  qədim boyatlar – o illərin məktəbi...!

Qədim şərqin bir hissəsi olan Azərbaycan zəngin tarixi-keçmişi ilə həmişə diqqəti cəlb edib. Soy-kökümüzün türk soylu olması buna rəvac veriri ki, bizlər qoca Qafqazın ən qədim sakinləriyik.

İstərdim ata-babalarmızın yaşadığı qədim tarixə söykənən Ağcabədidə yerləşən Bayatlar, Bayat qalası və Boyat məktəbinin tarxi keçmişi haqqında bir az sizlərlə bölüşəm...

Boyatlar, boyat toponimi

Boyat (Bayat, Bəyat) türkdilli qəbilələrdən birinin adı olub IX-X əsrlərdə qay tayfası ilə yanaşı Şimali Qazaxıstanın çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır.

Boyat "Kitabi-Dədə Qorqud"da hadisələrin başlanğıcı və cərəyan etdiyi coğrafi adlardan biridir. Boyat sözü bu cür mənaları verir: Boqoyat-Boq ata-Tanrı ata, Boq-od-Tanrı-od Boyat-Bəy ata, həm də Bəy odu, Tanrı odu" kimi açıqlanmışdır. Tanrı, qədim,  dövlətli, köhnə, Bay At (Babamdan eşitmişdim, yəni atlı bəy”) və s.

Asiya ölkələrindən Azərbaycana, Anadoluya, İraqa, Volqa boylarına qədər izləri görünən bayatların tarixi varlığı haqqında çeşidli qaynaqlarda geniş məlumatlar vardır. Bayat soyunun dünyada məşhur həmişə yaşar, ad-san qazanmış nümayəndələri var. Orta əsr Azərbaycan şairi, mütəfəkkir və filosofu Məhəmməd Füzuli də Bayat boyundandır. Ağcabədinin Bayat kəndindən olan Süleyman kişinin oğludur və İraqa da məhz həmin mahaldan köçüb gedib.

Ağcabədi bölgəsi XVIII əsrin ortalarınadək Bayat nahiyəsi adlanırdı. Hazırda Azərbaycan ərazisində bir neçə Bayat adlı kənd var. Onlardan biri də Ağcabədidədir. Çar üsul-idarəsi dönəmində Şuşa qəzasına, xanlıq çağında Kəbirli mahalına bağlı idi. Bəylərbəylik zamanında isə özü nahiyə mərkəzi olmuşdur. Bayat kəndi bayat elinin bir oymağının yerləşməsindən yaranıb. Bu el qədim çağlardan Qarabağda kök salmışdır. Öncə köçəri yaşam sürsələr də, sonradan oturaq kənd həyatına keçid edib əkinçiliklə məşğul olmuşlar.

Qarabağ bəylərbəyliyinin tərkibində də Bayat adlı nahiyə vardı. Bu nahiyənin mərkəzi Bayat kəndi idi. Orta çağlarda Bayat kəndində məscid, hamam və bazar qərar tuturdu. 

Şah İsmayıl Xətai ölkəni vahid dövlət halında birləşdirəndən sonra yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Elə məhz ona görə də hazırda bir sıra rayonlarda eyniadlı kəndlər vardır, onların hər birinin kökü eynidir.

Bu toponim səlcuq oğuzlarının boyat/bayat tayfasının adını daşıyır.

Hətta aşağıdakı bayatılar da Bayat tayfasına aiddir:

Aşığam o Bayadı,
El yadı, oba yadı.
Siz olun el-obalı,
Biz olaq oba yadı.
 
Əzizim Bayatlardan,
Xəbər ver, Bayatlardan.
Aşiqin dərdinə dərman
Tapılır bəy əttardan.
 
Aşıq, Bayat elləri,
Yarım saya telləri.
Çək ağzım, bas gözümü,
Qayıt, oyat elləri...

Həmçinin Ağcabədi Qarabağın dayağı olan bayatların, kəbirlilərin, şahsevənlərin, 32-lərin, afşarların məskunlaşdığı qədim türk köklü tayfaların ərazisidir. Qarabağ xanı olan Pənahəli xan Ağcabədi rayonunun Boyad kəndində  1747-1748-ci illərdə Boyat qalasını tikdirmişdir. Məqsədinə nail ola bilməyən və mübarizədə məğlub edilən Hacı Çələbi geri dönərkən deyir :  “Pənahəli xan bu vaxtacan bir sikkəsiz gümüş idi, biz gəldik, ona sikkə vurduq getdik”. 

Bir zamanların bəy evi, tarixi boyat məktəbi...

Tarixi Boyat məktəbi Azərbaycan ziyalısı, vəkil Mirzəli bəy Behbudov yaşadığı mənzil olub. 1937-ci ilin “Qanlı Repressiya” vaxtı Quba qəzasında vəkil kimi işləyib. O, həm də dünyanı qızıl  səsi ilə fəth edən Rəşid Behbudovun əmisi idi. Mənzil alt-üst olmaqla, ümumilikdə 16 otaqdan ibarətdir. Böyük həyatyanı sahəsi olan binanın yanından tarixi kəhriz suları keçirmiş. Bəyin bütün yaxın qohumları bu mənzildə yaşamışlar.

Bir az haşiyədən kənar

Günlərin bir günü Mirzalı bəy əmisi oğlu Məcid Behbudovla nahar edirmiş. Bəy çox israr edir ki, nədən ailə qurmursan? Məcid bəydə cavab edir ki, mən üzünü görmədiyim xanımla ailə qurmaram. O dövürdə xanımlar çarşabda olduqları üçün üzləri görsənmirmiş. Birdən bəyin naibi gəlir ki, bəs arşın mal alan gəlib. Mirzalı bəy təbəssümlə Məcid bəyə deyir ki, səninki gəldi. O da tam anlamır bəy buna nə deyir. Mirzalı bəy deyir ki, get qıraqdan pəncərdən bax, görəcəksən ki, arşın malçının yanında xanımlar çarşabların çıxarırlar. Sən də rahat öz yarını tapa bilərsən. Bundan sonra Məcid bəy arşın malçının qiyafəsini geyinib xanmlara arşın mal satanda öz xanmını seçə bilir. O izdivacdan Rəşid bəy Behbudov doğulur. Bəyin digər qohumu Üzeyir Hacıbəyov 1913-cü ildə son operettaası “Arşın mal alan”ı yazır. 1945-ci ildə arşın mal alan filmində baş rolu oynayır ki, bu da təsadüfi hadisə deyil.

Ağcabədi rayonunun Boyat kənd məktəbi 1958-ci ildən orta məktəb kimi fəaliyyət göstərir və bu kəndin qəhrəman oğlu Hikmət Əliyevin adını daşıyır. Qəhramanlığını sayğı ilə anır, ruhu qarşısında baş əyirik. Məktəbin ilk direktoru Məmmədov Oqtay olub. Maraqlı tarix təkrarlanır desək yanılmarıq. Məktəbin hazırkı direktoru da Oqtay müəllimin nəvəsi Məleykə Kərimovadır.  Bu Boyat məktəbindən, həyat məktəbindən onlarla ziyalı, həkim, vəkil, müəllim, hakim və s. yetişmiş, elinə-obasına, yurduna yuvasına öz töhfələrini vermişlər.

Mustafa Kamal Atatürk müəllim peşəsinə yüksək qiymət verərək deyirdi: "Müəllim şam kimidir, özü yanıb tükənərkən ətrafını işıqlandırır". Həqiqətən də cəmiyyət üçün belə peşəkar kadrlar yetişdirmiş bir məktəbin müəllimlərinin də necə mütəxəssis olduqları, öz işığı ilə şagirdlərinə necə yol olduqları bir daha sübut olunur.

Atalar sözündə deyildiyi kimi, müəllim bir memar, ya mühəndisdir ki, insanların düşüncələrini, ağlını düzəldir. Haqqında söz açdığım bu tarixi  məktəbin müəllimi olmuş babam Səmədov Savalan  haqqında az da olsa nəsə yazmaq mənim üçün  böyük məsuliyyətdir. Eləcə də həmişə mənimlə fəxr  etmiş babam haqda yazmaq qürurvericidir! İllər  boyu  Boyat məktəbinin vacib  sütunu olmuş babamı bu məktəbi  bitirən hər kəs bir xoş xatirəsində  yad edir. Onun üçün təhsil  almaq, kitab oxumaq, şahmatla məşğul olmaq hobbi idi. O dəyərlərin altında bütün nəvələri  babamızın ziyasını  qoruyuruq. Fəxr yerim, idealım babam, səni sayğı və hörmətlə anır Aydın! O Aydın ki, bütün şəxsi kitabxananı ona hələ orta məktəbdə oxuyanda oxutmuşdun. Özümdə güc-qüvvət  tapıb sənlə olan  xatirələrmizi kitab  halında çap  etdirmək  məqsədimdir. İnandığımız bizləri ruhun qarşısında utandırmasın.

İnsanın şəxsiyyət kimi formalaşmasında, onun təhsil və inkişafında müəllimin rolu danılmazdır. Müəllim çox şərəfli peşə, bir o qədər də məsuliyyətli işdir. L.N.Tolstoy yazır ki, əgər müəllim yalnız işi sevirsə, o, yaxşı müəllim olacaq. Əgər müəllim peşəsinə və şagirdə olan məhəbbətini özündə birləşdirirsə,o, kamil müəllimdir.

Haqqında söz açdığım Ağcabədi rayonun Boyat kənd orta məktəbinin özü qədər dərin iz qoyan qocaman müəllimi, ziyalısı Səmədov Savalan başda olmaqla dünyasını dəyişmiş bütün müəllimlərini hörmətlə anıram. Hazırda fəaliyyətini davam etdirəm bütün heyətinə isə şərəfli peşə fəaliyyətində uğurlar arzu edirəm. Nə yaxşı ki, siz müəllimlər varsınız!

Aydın Tağıyev

Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri

Paylaş:
1168

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər