Teymur Rəcəbov yarışdan imtina etdi – SƏBƏB | 1news.az | Xəbərlər
İdman

Teymur Rəcəbov yarışdan imtina etdi – SƏBƏB

17:15 - 06 / 03 / 2020
Teymur Rəcəbov yarışdan imtina etdi – SƏBƏB

Azərbaycanlı şahmatçı Teymur Rəcəbovun İddiaçılar Turnirində iştirakdan imtinası ilə bağlı bəyanat yayıb.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, 33 yaşlı qrossmeyster bu addımını koronavirusla əlaqədar atdığını bildirib.

Bəyanatda deyilir: "15 mart - 5 apreldə mən Rusiyanın Yekaterinburq şəhərindəki dünya çempionu adına İddiaçılar Turnirində iştirak etməli idim. Məlum olduğu kimi, hazırda bütün dünyada koronavirus epidemiyası yayılmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanın ən yüksək səviyyədə - qırmızı işıqda olduğunu bəyan edib. Dünyada bir çox yarış və əlamətdar tədbirlər situasiyanın inkişafından asılı olaraq, ya ləğv edilir, ya da daha gec tarixlərə keçirilir. Beynəlxalq Şahmat Federasiyası (FIDE) bir sıra profilaktik tədbirlər həyata keçirib. Çinli şahmatçılar, onların məşqçiləri və müşayiətçilərinin Rusiya ərazisində 14 günlük karantin keçəcəkləri açıqlanıb. Çinli şahmatçılardan biri, məşqçi və nümayəndə heyəti həqiqətən də karantinə alınıb.

Lakin Çindən olan digər iştirakçı karantin keçməyəcək və turnir başlayanda koronavirus epidemiyasının hər gün artdığı ölkədən gələcək. Bundan başqa, iştirakçılardan birində və ya iştirakçılarla təmasda olacaq məşqçi və ya müşayiət edənlərlə, müsahibə alan jurnalistlərlə, hakimlərdə soyuqdəymə və ya virus infeksiyasının kəskin respirasiyası (VİKR) əlamətləri, yaxud Allah eləməsin, koronavirus aşkarlandıqda turnirin necə olacağına dair FIFA-nın izahatı yoxdur. İştirakçılar karantinə alınacaqmı, analizlər və virusun dəqiq olub-olmamasının müəyyənləşdirilməsi üçün hansı müddət və mərhələ gərəklidir? İddiaçılar Turniri 22 günlük və 14 turdan ibarət şahmat marafonudur. Dünya epidemiyası şəraitində turnirin necə inkişaf edəcəyi, virus və ya adi VİKR aşkarlanacağı halda xəstələnmiş iştirakçıya, hakimə qarşı hansı tədbirlərin görüləcəyini heç kim izah etmir.

Yaranmış bütün belə məqamlarla əlaqədar mən FIDE-yə turniri başqa tarixə keçirməsi təklifi ilə müraciət etmişəm. Lakin bu təklifimə rədd cavabı almışam. Yuxarıda göstərilənlərlə əlaqədar belə şərtlərin İddiaçılar Turniri kimi vacib yarışda maksimal oyun səviyyəsi ortaya qoymaq üçün lazımi olan konsentrasiya və əhval-ruhiyyə səviyyəsinə güclü təsir edə və sağlamlıq üçün təhlükə yarada biləcəyini hesab etdim. Nəticədə məni digər iştirakçı ilə əvəzlədilər".

Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirinə Dünya Kubokunun qalibi kimi vəsiqə qazanmışdı. Yarış martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Turnirdə ümumilikdə 8 şahmatçı - Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland) Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Kirill Alekseyenko (hamısı Rusiya), Dinq Liren və Hao Yanq (hər ikisi Çin) iştirak edəcəklər. Yarışın qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.

S.Xankişiyeva

 

Paylaş:
1017

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər