1news.az

Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlib - FOTO

13 Avqust saat 09:47 ~ 1 dəqiqəlik oxu 4680
Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlib - FOTO

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlib.

1news.az xəbər verir ki, qonaqları Bakıda Azərbaycan Respublikası Müdafiə naziri Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı Ramiz Tahirov qarşılatyıb.

Qeyd edək ki, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net