Azərbaycanda karantində olan UAFA-nın rəhbəri yaradılan şəraitdən danışdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda karantində olan UAFA-nın rəhbəri yaradılan şəraitdən danışdı

13:46 - 28 / 03 / 2020
Azərbaycanda karantində olan UAFA-nın rəhbəri yaradılan şəraitdən danışdı

"Bu sınaq mərhələsində vətəndaşlarını və əcnəbilərini qoruyan Azərbaycan rəsmilərinin qarşısında baş əyirəm".

1news.az xəbər verir ki, bunu Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA)  rəhbəri Gwen Burchell öz “Facebook” hesabında qeyd edib. Onun statusunu təqdim edirik:

“1 – 3 gün müxtəlif aviaşirkətlərlə səyahət edib hava limanlarında gözlədikdən sonra, çərşənbə günü səhər AZAL-ilə Bakıya uçdum. AZAL ekipajı qoruyucu kostyumlarda olan yeganə heyət idi – kişilər üçün ağ, qadınlar üçün narıncı rəngli qoruyucu kostyumda. İşçilərini qoruyurdular, mən bunu başqa yerdə görmədim. Digər heyətlər normal formada idilər, bir çoxları belə maska ​​taxmırdılar.

2 - 14 gündür ki, Bakıda, Atletlər kəndində karantindəyəm. Burada qaldığım son iki axşam müxtəlif qışqırıq və gurultu səsləri eşidirdim. Bütün bunların hamısı bu qədər çətin vəziyyətdə insanlara əlindən gələnin ən yaxşısını etməyə çalışan möhtəşəm heyəti təbrik etmək üçün idi.

Yeməklər gündə 3 dəfə xüsusi qablaşdırmalarda təqdim olunur. Otaqlar və sanitar qovşaqlar ayrı-ayrılıqda dezinfeksiya olunaraq istifadəyə verilib. Bütün heyət bədənlərini təpədən dırnağa örtən xüsusi geyimlərlə təchiz olunub. Davamlı olaraq tempuraturumuz yoxlanılır. Üstəlik, heyət bu prosesi hər zaman gülümsəyərək və nikbinliyini qoruyaraq həyata keçirir.

Dünyanın hər yerində tibbi heyət “Covid-19” virusunun yayılmasının qarşısını almaq məqsədilə əllərindən gələni edir. Azərbaycanda da bu sahədə görülən işlərdə heç bir məhdudiyyət tətbiq olunmayıb. Dövlət  işçiləri ilə fəxr etməlidir. Onlar bütün çabalarını sərf edərək möhtəşəm işlər görürlər.

Bu çətin zamanlar keçəcək və həyatımız əvvəlki tək normala qayıdacaq. Amma heç zaman həyatımda yaşadığım bu cür müsbət təcrübəni unutmayacağam. Sabahdan işçilər üçün səsləndirilən alqış və gurultu sədalarına qoşulmağı düşünürəm”.

Qafar Ağayev

Paylaş:
615

Son xəbərlər

Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45
Bütün xəbərlər