1news.az

Ülvi Mehdiyev: 5 iyundan verilən icazələr deaktiv olunacaq, yenidən icazə alınmalıdır

3 İyul saat 17:46 ~ 1 dəqiqəlik oxu 4600
Ülvi Mehdiyev: 5 iyundan verilən icazələr deaktiv olunacaq, yenidən icazə alınmalıdır

"İcazə sistemi ilə bağlı 2 həftəlik karantin rejimində 66 minə yaxın dövlət və özəl təşkilatlar tərəfindən əməkdaşlar üçün 700 minə yaxın icazə alınıb".

1news.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, aparılan təhlillər, araşdırmalar göstərib ki, bəzi təşkilatlar bu imkandan sui-istifadə edirlər.

“Zərurət olmadığı halda əməkdaşlarına icazələr alırlar. 2-ci bir hal isə icazə verilən əməkdaş bu icazədən təyinatı üzrə istifadə etməyib. Buna görə sonradan Operativ Qərargah tərəfindən 85 minə yaxın icazə silinib və aidiyyatı təşkilatlara bu barədə məlumatlar göndərilib”.

Ü.Mehdiyev deyib ki, 5 iyun tarixindən etibarən bu günə qədər verilən icazələr deaktiv olunacaq.

“Hər bir təşkilat yenidən növbəti həftə üçün işə çıxmalı olan əməkdaşları üçün icazə almalıdır. Yenə də icazə aldıqdan sonra təhlilər aparılacaq, sui-istifadə halları olarsa, operativ qərargah onları silinməsi hüququnu özündə saxlayır”.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net