Vəzifəli şəxs barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Vəzifəli şəxs barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib

15:06 - 06 / 08 / 2020
Vəzifəli şəxs barəsində cinayət işi baxılması üçün məhkəməyə göndərilib

Ölkəmizdə aparılmış uğurlu iqtisadi islahatlar nəticəsində sahibkarlıq subyektləri üçün yaranmış əlverişli mühitdən öz şəxsi maraqları naminə istifadə etməklə, dövlətin mənafeyinə ziyan vuran, vətəndaşların hüquqlarını pozan vəzifəli şəxslərin qanunsuz əməllərinin aşkar edilməsi istiqamətində prokurorluq orqanlarının kompleks və məqsədyönlü tədbirləri davam etdirilir.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, bu çərçivədə olan tədbirlərin davamı kimi, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cəlal Məhərrəmovun vətəndaşların əmək hüquqlarını kobud şəkildə pozan qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətə baxılıb.

Araşdırmalarla Cəlal Məhərrəmovun 2018- 2020-ci illər ərzində fəaliyyətini təşkil etdiyi "Jalal-İ" tədris mərkəzinin baş ofis və filialların inzibati binalarında ona müxtəlif ixtisas sahələri və peşə istiqamətləri üzrə kursları şagird, abituriyent və sair şəxslərə tədris etmək üçün işə qəbul olunmaq məqsədilə müraciət edən 34 nəfəri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin tədris kurslarında faktiki olaraq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsinə, həmin şəxslərin əmək hüquqlarına və qanuni mənafelərinə, habelə sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, fərdi və ictimai rifahın əsası kimi əmək münasibətlərinin qorunması sahəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış material əsasında 21 aprel 2020-ci il tarixdə Baş İdarədə Cinayət Məcəlləsinin 162-1.1 (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə mühüm zərər vurduqda) maddələri ilə cinayət işi başlanaraq Cəlal Məhərrəmova həmin maddələrlə ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq 30 iyul 2020-ci il tarixdə tamamlanmış və ittiham aktı təsdiq edilməklə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat verilməsini tövsiyə edir.

Qafar Ağayev

Paylaş:
519

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər