Vüqar Rəhimzadə: 15 sentyabr 1918-ci il Türkiyə-Azərbaycan qardaşlığının, sədaqətinin rəmzidir | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: 15 sentyabr 1918-ci il Türkiyə-Azərbaycan qardaşlığının, sədaqətinin rəmzidir

16:36 - 15 / 09 / 2020
Vüqar Rəhimzadə: 15 sentyabr 1918-ci il Türkiyə-Azərbaycan qardaşlığının, sədaqətinin rəmzidir

15 sentyabr 1918-ci il ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini əks etdirir və Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz, həm də əbədi olduğunu təsdiqləyir.

102 il bundan əvvəl Nuru Paşanın Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakı işğalçılardan azad edildi. Məhz həmin tarixdə erməni soyqırımına məruz qalan azərbaycanlıları qaniçən Şaumyanın başçılıq etdiyi ermənilərdən xilas edən Qafqaz İslam Ordusunun əsgərləri sözün əsl mənasında azərbaycanlı qardaşlarına kömək oldular. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1132 şəhid verib. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

1news.az-ın verdiyi xəbərə görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə bildirib ki, dünyaya nümunə olan bu birlik sarsılmazdır, əbədidir, yüksək zirvədədir: «2018-ci ildə Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan Azərbaycan və türk əsgərlərinin möhtəşəm paradı bir əsrlik tarixə malik olan Azərbaycan-Türkiyə qardaşlığına, dostluğuna bir daha işıq saldı. Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdikləri həmin paradda Türkiyə Silahlı Qüvvələrinin «Türk Ulduzları»nın uçuşlar edib səmada Azərbaycan və Türkiyənin dostluğunun, qardaşlığının və qəlb birliyinin rəmzi olan ürək şəklini çəkmələri bir daha dünyaya mesaj oldu: Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır, dostluqları, qardaşlıqları əbədidir, sarsılmazdır, ulu öndər Heydər Əliyevin «bir millət iki dövlət» tezisi bütün dövrlər üçün aktualdır, illər keçdikcə daha da möhkəmlənir. Möhtərəm Prezidentimiz İlham Əliyev paradda bildirmişdir: «Bu gün minlərlə Bakı sakini şəhərin küçələrində bu paradı, türk və Azərbaycan əsgərlərinin möhtəşəm yürüşünü gözləyir. Bu gün Bakı şəhəri Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. Küçələrdə, binalarda, hərbi gəmilərdə, səmada Türkiyə və Azərbaycan bayraqları dalğalanır. Bu gün bu möhtəşəm mərasimi təkcə Bakı şəhərinin sakinləri deyil, bütün dünya görür. Milyonlarla insan Türkiyə və Azərbaycanda, milyonlarla soydaşımız xaricdə bunu görür və haqlı olaraq qürur hissi keçirir.»

V.Rəhimzadə tarixə qısa nəzər salaraq bildirib ki, həmin dövrdə ermənilər Bakıda, həmçinin ölkənin digər bölgələrində azərbaycanlılara qarşı soyqırımlar həyata keçiriblər. Naxçıvanda, Zəngəzur, İrəvan mahallarında, Qubada, Neftçalada, Zaqatalada, Şuşada, Dağlıq Qarabağda on minlərlə günahsız insan erməni vəhşiliyinin qurbanı oldu. Azərbaycanın istiqlalı uğrunda mübarizə aparan soydaşlarımıza dəstək göstərən, bolşeviklərin və erməni millətçilərinin həmyerlilərimizə qarşı törətdikləri soyqırımların qarşısını alan, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun qəhrəmanlığının nümayişi olan 15 sentyabr 1918-ci il zəfər günü, türk birliyinin, qardaşlığının nümunəsi oldu.

«Şəhidlər Xiyabanında 1918-ci ildə həlak olan türk əsgərlərinin xatirəsinə əbədi hörmət rəmzi olan abidə hər bir azərbaycanlı üçün müqəddəs məkandır» söyləyən Vüqar Rəhimzadə bildirib ki, təsadüfi deyil ki, belə qardaşlıq telləri ilə bağlanan, illərin sınağından şərəflə çıxan Türkiyə-Azərbaycan dostluğu bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: «Dövlətimizin başçısı möhtərəm İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyası birliyinin əsasını qoyan Mustafa Kamal Atatürk-Heydər Əliyev ideyalarına sadiqlik Türkiyə-Azərbaycan qardaşlığını və dostluğunu daha da möhkəmləndirir. Hər iki dövlətin qətiyyəti, siyasi iradəsi əsasında reallaşdırılan enerji layihələri nəinki iştirakçı, dünya dövlətlərinin davamlı iqtisadi inkişafına dəstəkdir. BTC və BTƏ neft-qaz kəmərlərini həyata keçirməklə regional iqtisadi inkişafın əsasını qoyan Türkiyə-Azərbaycan birliyi bu gün çoxtərəfli çərçivədə özünü nümayiş etdirir. TANAP, TAP layihələri deyilənlərin təsdiqidir. Yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə səy göstərən, Azərbaycanın mövqeyini ən yüksək səviyyələrdə dəstəkləyən Türkiyə işğalçı dövlətlə sərhədlərin açılması məsələsi gündəmə gətiriləndə daim Dağlıq Qarabağ probleminin ədalətli həllini əsas şərt kimi irəli sürür.

Türkiyə-Azərbaycan qardaşlığının təzahürü kimi dəyərləndirilən TANAP-ın istifadəyə verilməsi mərasimində dövlətimizin başçısı İlham Əliyevin «Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir. Biz uzun illərdir ki, bu birliyi nümayiş etdiririk. Bu gün dünyada bir-birinə bu qədər yaxın olan, bir-birini bu qədər dəstəkləyən ikinci ölkələr tapmaq çox çətindir. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir» fikirləri bir daha bu birliyin, həmrəyliyin sarsılmazlığının nümayişidir. Bu birlik regionda sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyevin Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən qardaş Türkiyəyə dəstəyini böyük qətiyyətlə ifadə etməsi dost ölkədə böyük rəğbətlə qarşılandı. Türkiyənin Azərbaycan üçün yalnız dost, tərəfdaş deyil, qardaş ölkə olduğunu xüsusi vurğulayan möhtərəm Prezidentimiz bildirdi ki, Azərbaycanın heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyir və bütün hallarda dəstəkləyəcək. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük.»

Baş redaktor məhz keçilən yolun zəngin uğurlarına, ən əsası bütün sınaqlardan şərəflə çıxan Türkiyə-Azərbaycan birliyinin sarsılmazlığına, əbədiliyinə söykənərək bu fikri böyük inamla ifadə edib ki, hələ qarşıdakı illərdə bu birlik əsasında daha böyük layihələr reallığa çevriləcək, bu layihələr öz növbəsində xalqlar, dövlətlər arasında körpünü daha da möhkəmləndirəcək, bir sözlə, bu birliyin işığı daha geniş coğrafiyanı əhatə edəcək.

S.Xankişiyeva

 

Paylaş:
712

Son xəbərlər

Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09
Bütün xəbərlər