Vüqar Rəhimzadə: Azərbaycan Prezidenti Paşinyanın iddialarını darmadağın etdi | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Azərbaycan Prezidenti Paşinyanın iddialarını darmadağın etdi

15:05 - 14 / 10 / 2019
Vüqar Rəhimzadə: Azərbaycan Prezidenti Paşinyanın iddialarını darmadağın etdi

“Prezident İlham Əliyev Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında mühüm mesajlar verdi, ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə etdi.

Möhtərəm Prezidentimizin çıxışında mühüm məqamlardan biri erməni faşizminin mövcudluğunu tarixi faktlarla bəyan etməsi oldu. Bu faktlar qarşısında çıxılmaz vəziyyətə düşən Ermənistan baş naziri məntiqsiz çıxışı ilə yadda qaldı. Azərbaycan Prezidenti isə Paşinyanın iddialarını darmadağın etdi”.

1news.az-ın verdiyi xəbərə görə, bu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

V.Rəhimzadə bildirib ki, hər hansısa ölkədə nasizm cəlladlarına abidənin qoyulması açıq-aşkar təbliğat vasitəsidir: “Bu da bir daha təsdiq edir ki, Ermənistanda nasizm dövlət səviyyəsində təbliğ edilir. Bütün beynəlxalq toplantılarda Ermənistanın işğalçılıq siyasətini ifşa edən Azərbaycan Prezidenti MDB Dövlət Başçıları Şurasının iclasında da bu ölkənin yürütdüyü siyasətin əsl mahiyyətini açdı. Dövlətimizin başçısı bundan əvvəl keçirilən "Valday” Belynəlxalq Diskussiya Klubunun XVI illik iclasının sessiyasındakı çıxışından sonra Türkmənistanda növbəti dəfə N.Paşinyana ağır diplomatik zərbə vurdu”.

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, dövlətimizin başçısı çıxışında MDB məkanında, xüsusilə də Ermənistanda faşistlərin qəhrəman kimi qələmə verilməsini, Hitlerin əlaltılarından biri olan Njdeyə Yerevanda heykəl qoyulmasını qəti şəkildə pislədi: “Bildirdi ki, nasist Qaregin Njdenin heykəli Ermənistanın keçmiş rəhbərliyi tərəfindən Yerevanda 2016-cı ildə qoyulub. Açılışda keçmiş prezident Serj Sarkisyanın adından gətirilən əklilin üzərində “erməni milli azadlıq hərəkatının qəhrəmanı, görkəmli hərbi və siyasi xadim” sözləri də yazılıb. Baxmayaraq ki, Ermənistan 2014-cü ildə BMT Baş Assambleyasında nasizmin qəhrəmanlaşdırılması, neonasizm və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün müasir formalarının kəskinləşməsinə kömək edən digər təcrübə növləri ilə mübarizə haqqında Qətnamənin qəbul edilməsinə səs verib. Azərbaycanın da imzaladığı Qətnamə layihəsi Rusiya tərəfindən təqdim olunmuşdu. Ermənistanın “milli qəhrəmanı” sayılan Njde 1942-ci ildə digər belə “milli qəhrəman” Drastamat Kanayan ilə birlikdə əsir düşüb. O, Avropada yaşayan ermənilərdən ibarət “Erməni legionu”nun yaradıcısı olub. Bu legion silahlanaraq sovet ordusuna qarşı vuruşub, terror aktları törədib, sovet partizanlarını məhv edib, Avropanın yəhudi əhalisinin qırılmasında – Holokostda iştirak edib. Heç də təsadüfi deyil ki, “Almaniya uğrunda ölənlər Ermənistan uğrunda ölürlər” ifadəsi də Njdeyə məxsusdur. Əlbəttə, Njde burada faşist Almaniyasını nəzərdə tuturdu. Məhz bütün bu cür faktları rəsmi  tədbirdə birbaşa Paşinyanın üzünə deyən Prezident İlham Əliyev Ermənistan rəhbərliyini fakt qarşısında qoydu. Buna görədir ki, Azərbaycan Prezidentinin çıxışından sonra Njdenin heykəlinin qoyulmasına və onun Ermənistanda milli qəhrəman kimi anılmasına bəraət qazandırmağa çalışan Paşinyan gah nala, gah da mıxa vurdu”.

“Nasistlərin əlaltısı, faşist və antisemit Qaregin Njdeyə heykəl qoyulmasına dünya niyə susmalıdır? Ermənistan bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilmiş faşist canini necə öz qəhrəmanı adlandıra bilər?” deyən Vüqar Rəhimzadə əlavə edib ki, erməni faşist Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıqdır və Holokost qurbanlarının xatirəsinin təhqir edilməsi deməkdir: “Ona görə də dünya ictimaiyyəti bu faşist ənənəsini davam etdirən Ermənistana təzyiqlər etməli və erməni faşist Qaregin Njdenin heykəlinin götürülməsi üçün addımlar atmalıdır”.

S.Xankişiyeva

 

Paylaş:
326

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər