XTQ hərbçisi: "Şuşaya ermənilərin içindən keçib getdik, xəbərləri olmadı" - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

XTQ hərbçisi: "Şuşaya ermənilərin içindən keçib getdik, xəbərləri olmadı" - VİDEO

10:14 - 03 / 12 / 2020
XTQ hərbçisi: "Şuşaya ermənilərin içindən keçib getdik, xəbərləri olmadı" - VİDEO

O, Şuşa şəhərinə ilk daxil olan Xüsusi Təyinatlı Qüvvələrin döyüşçülərindən biridir. Avtomatlarla küçə döyüşlərində döyüşən, "RPG-7"lərlə düşmən zirehli texnikalarını vuraraq partladan 100 nəfərlik dəstənin üzvü olub.

1news.az bildirir ki, "qafqazinfo"nun əməkdaşları bu gün Vətən Müharibəsi qazisi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı MAXE-si Samir Baxşəliyevlə görüşərək Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərlə bağlı söhbətləşib.

S.Baxşəliyev deyir ki, sentyabrın 28-dən təlimlərə cəlb edilib və Hadrut uğrunda döyüşlərdə iştirak edib. Daha sonra Hadrutdan Füzuli şəhəri istiqamətində hücuma keçiblər, orada pusquya düşsələr də, döyüşərək düşmən əsgərlərini məhv edib və pusqudan çıxıblar.

Bundan sonra isə onlar Şuşa şəhərini işğaldan azad etmək üçün yola çıxıblar. Yolun bir qədər hissəsini maşınla getsələr də, bir yerdən sonra piyada davam etməli olublar. Çünki həm ərazinin relyefi, həm də onlar üçün komandanlığın müəyyən etdiyi marşrut avtomobillə hərəkət üçün uyğun deyildi. Samir və döyüş yoldaşları beş gün, beş gecə piyada yol gedərək Şuşaya istiqamətləniblər. 

Həmin vaxt Şuşaya qədər bütün ərazilər işğaldan azad edilmədiyi üçün onlar ermənilərin nəzarətində olan yerlərdən keçiblər. Lakin yüksək peşəkarlıqla hazırlanmış hərəkət zolağı və təcrübəli bələdçi sayəsində onlar yol boyu heç bir erməni hərbçisi ilə rastlaşmayıblar. Dağlar və meşələrlə gedərək Şuşanın ətrafına çıxıblar.

Samir deyir ki, xüsusi təyinatlı zabit olan bələdçinin seçdiyi yerlərə heç ermənilər ömrü boyu ayaq basmayıblar. Şuşanı azad etmək üçün 400 xüsusi təyinatlı ayrılıb və döyüş tapşırığı ilə yola çıxıblar. Onlar 100 nəfərlik dəstələrə bölünərək Şuşaya 4 fərqli istiqamətdən hücuma keçiblər. Bir dəstə Laçın dəhlizindən Şuşaya girişdə dayanaraq ermənilərin əlavə canlı qüvvə və silah gətirməsinin qarşısını alıb. Digər dəstə Daşaltını aldıqdan sonra həmin istiqamətdə Şuşaya zərbələr endirib. Digər XTQ döyüşçüləri isə şəhərin arxa tərəfinə, sıldırım qayalar olan hissəyə gedərək qalaya dırmanıblar. Ermənilər həmin istiqamətdən hücum olacağını ağıllarını gətirmədikləri üçün sıldırım qayaların üzərinə ağır texnika yerləşdirilməyib.

Samir Baxşəliyev bildirir ki, Şuşaya daxil olduqdan sonra avtomatlarla 20 metrlik məsafədən erməni hərbçiləri ilə döyüşüblər. Lakin erməni silahlı qüvvələri 3 minlik canlı qüvvə ilə xeyli sayda zirehli texnika və dronları da döyüşə cəlb ediblər. Azərbaycanın cəsur XTQ mənsubları "RPG-7" silahları ilə düşmənin tank və BMP-lərini məhv edib. Lakin tankın atəşlərindən biri Samir Baxşəliyev və iki döyüşçü dostunun olduğu səngərə düşüb. Bu zaman Samir hər iki ayağından qəlpə yarası alıb, sol budundan qəlpə sümüyü sındıraraq digər tərəfdən çıxıb. Sağ ayağında isə diz oynağına girən qəlpə hələ də çıxarılmayıb. Həkimlər bildirib ki, qəlpəni çıxarmaq Samirin həmin qəlpə ilə gəzməsindən daha təhlükəlidir. 

Bu zərbə nəticəsində bir XTQ mənsubu şəhid olub, digəri isə əl barmaqlarını itirib. Daha sonra döyüş yoldaşları Samiri oradan çıxararaq Şuşa qalasının yaxınlığında yerləşən villaya aparıblar. Samir 3 gün orada qalaraq döyüşlərin səsini izləyib. Noyabrın 8-də Şuşa tam olaraq işğaldan azad edildikdən sonra noyabrın 9-da onlar təxliyyə edilərək müalicə olunublar.

1news.az

Paylaş:
883

Son xəbərlər

TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edibBu gün, 09:08Bu gün İlaxır çərşənbə qeyd olunurBu gün, 09:07Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət edibBu gün, 08:58DYP hərəkət iştirakçılarına hava ilə bağlı müraciət edibBu gün, 08:51Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 08:44Zəngilan, Cəbrayıl və Qubadlıda sənaye zonaları yaradılacaq18 / 03 / 2024, 17:45Martın 1-dən 15-dək 19 mindən çox vətəndaş Elm və Təhsil Nazirliyinə müraciət edib18 / 03 / 2024, 17:33Ceyhun Bayramov Çanaqqala zəfərinin ildönümü münasibətilə Türkiyəni təbrik edib18 / 03 / 2024, 17:11Ötən həftə azad olunmuş ərazilərdə 38 mina aşkarlanıb18 / 03 / 2024, 17:02Süni intellekt əvəzinizə mahnı yaradacaq - FOTO18 / 03 / 2024, 16:48Cənubi Qafqazın sülh təşəbbüskarları18 / 03 / 2024, 16:34“Ali Məhkəmənin tətbiq etdiyi yeni sistem hamı üçün faydalıdır” – RƏYLƏR18 / 03 / 2024, 16:34Böyük Britaniya kralı III Çarlz vəfat edib18 / 03 / 2024, 16:20“Gənclik” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb18 / 03 / 2024, 16:13İlham Əliyev Xankəndinin Azərbaycan torpağı olması ilə bağlı bir sıra faktları açıqlayıb18 / 03 / 2024, 16:04Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib18 / 03 / 2024, 15:58
Bütün xəbərlər