Xüsusi karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Xüsusi karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı – SİYAHI

21:49 - 03 / 04 / 2020
Xüsusi karantin dövründə rəhbər və işçiləri işə cəlb edilən dövlət orqanlarının sayı artırıldı – SİYAHI

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Siyahısı”na daxil edilib.

1news.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadla verdiyi xəbərə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə”  2020-ci il 31 mart tarixli 122 nömrəli qərarında dəyişiklik edib.

Eyni zamanda Nazirlər Kabineti “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarında da dəyişiklik edib.

Dəyişikliyə əsasən, “Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı”na aşağıdakı qurumlar daxil edilib:

-  Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyindəki qurumlar

- Şəhər və rayon icra hakimiyyəti orqanlarının kommunal xidmətləri həyata keçirən qurumları

- “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti

- “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

- “AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

- “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti

- Dövlət Avtomobil Nəqliyyatı Xidməti

- Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi

- “Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti

- “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti

- “AzerFon” Məhdud Məsuliyyətli Cəmiyyəti

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət və sosial reabilitasiya müəssisələri

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri

- Məişət tullantılarının yığılması və utilizasiyası müəssisələri

- Yanacaqdoldurma məntəqələri.

S.Xankişiyeva

 

Paylaş:
1105

Son xəbərlər

Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20
Bütün xəbərlər