Cəbrayıla Böyük Qayıdış: Şükürbəyliyə 154 sakin köçürüldü - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəbrayıla Böyük Qayıdış: Şükürbəyliyə 154 sakin köçürüldü - FOTO

1news Redaksiyası09:16 - 10 / 09 / 2026
Cəbrayıla Böyük Qayıdış: Şükürbəyliyə 154 sakin köçürüldü - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Cəbrayıl rayonun Şükürbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Şükürbəyli kəndinə 25 ailə - 154 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Paylaş:
228

Son xəbərlər

Bütün xəbərlər