Paytaxtın 6 yolunda sıxlıq müşahidə olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın 6 yolunda sıxlıq müşahidə olunur

First News Media08:52 - Bu gün
Paytaxtın 6 yolunda sıxlıq müşahidə olunur

Paytaxtın bəzi küçə və prospektlərində sıxlıq müşahidə olunur.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər