Daşınmaz əmlakın satışı ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik edildi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Daşınmaz əmlakın satışı ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik edildi

11:10 - 25 / 12 / 2015
Daşınmaz əmlakın satışı ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik edildi

Vergi Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər 1 yanvar 2016-cı ildən etibarən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb olunur.

Bu haqda 1news.az Vergilər Nazirliyinə istinadla xəbər verir ki, aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsindən vergi tutulmur:

• fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi,

• daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında ailə üzvləri tərəfindən verilməsi,

• daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması,

 • əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi.

Vergi yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 15 manat olmaqla aşağıda göstərilən qaydada hesablanır:

VM= S x ZƏ x 15 manat

VM – ödənəcək verginin məbləği

S – daşınmaz əmlakın sahəsi (m²-lə) ZƏ - Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş zona əmsalı

                               

Qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı isə vergi məbləği əlavə 1,5 əmsal tətbiq edilməklə hesablanır:

VM = S x ZƏ x 15 manat x 1.5

1.5 – qeyri-yaşayış sahələri üçün tətbiq olunan əmsal ----------------

Misal 1: Qurbanov Fərid “İçərişəhər” metro stansiyasının (Zona 1) yaxınlığında yerləşən və sahəsi 100 m2 olan mənzildə 3 il yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin mənzilin satışı zamanı sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

100 m2 x 15 manat x 4 = 6000 manat

                                                   

Misal 2: Tural Sultanovun mülkiyyətində 6-cı zonada sahəsi 300 m2 qeyri-yaşayış sahəsi - zirzəmi var. Həmin zirzəmi təqdim etdiyi zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:

300 m2 x 15 manat x 1,8 x 1.5 = 12150 manat

                           

Misal 3: Fiziki şəxs mülkiyyətində olan və Bakı şəhəri üzrə 2-ci zonada (3,0 əmsal) yerləşən 100 kvadrat metr sahəsi olan mənzilini və 3-cü zonada (2,2 əmsal) yerləşən 150 m2 sahəsi olan ticarət obyektini təqdim etmişdir. Alqı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:

Mənzilin satışı üzrə: 100 m2 x 15 man. x 3 zona əmsalı =4.500 manat;

Ticarət obyektinin satışı üzrə: 150 m2 x 15 man. x 2,2 zona əmsalı x 1.5 əmsal =7.425 manat.

Cəmi ödənilməli vergi: 11.925 manat.

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi alqı-satqı müqavilələrini təsdiq edən notarius tərəfindən hesablanaraq tutulur, 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödənilir və bu barədə “Yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi” hesbat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

1news.az

Paylaş:
5450

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52
Bütün xəbərlər