ru

Azərbaycan futbolu

28 Oktyabr saat 12:13

AFFA-nın baş katibi “Şamaxı”-“İmişli” oyununu izləyib - FOTO

AFFA-nın baş katibi “Şamaxı”-“İmişli” oyununu izləyib - FOTO

AFFA-nın təşkil etdiyi futbol üzrə “Region Liqası”nın 2019/2020-ci il mövsümünün birinci turu çərçivəsində “Şamaxı” və “İmişli” komandaları qarşılaşıblar.

1news.az-ın məlumatına görə, təxminən minə yaxın azarkeşin tribunadan seyr etdiyi qarşılaşmanı AFFA-nın baş katibi Elxan Məmmədov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov da izləyiblər.

Qarşılaşma 1:0 hesabı ilə “Şamaxı” komandasının xeyrinə yekunlaşıb.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur