ru

Cəmiyyət

16 Sentyabr saat 12:15

Azərbaycan əhalisinin hazırkı sayı açıqlanıb

Azərbaycan əhalisinin hazırkı sayı açıqlanıb

İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 46417 nəfər və ya 0,5 faiz artaraq 2019-cu il avqust ayının 1-i vəziyyətinə 10027874 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən 1news.az-a verilən məlumatına görə, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur