Azərbaycanda koronavirusa yoluxma halları niyə artmağa başlayıb? | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusa yoluxma halları niyə artmağa başlayıb?

19:30 - 04 / 04 / 2020
Azərbaycanda koronavirusa yoluxma halları niyə artmağa başlayıb?

Son günlər Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına yoluxma halları artır. Aprelin 4-nə olan məlumata əsasən, ölkədə 555 yoluxma faktı qeydə alınıb.

Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbləri ilə bağlı sosial şəbəkələrdə müəyyən mülahizələr irəli sürülür və suallar verilir.

Məlumat üçün bildirək ki, Azərbaycanda infeksiyaya yoluxmanın sayının məhz indi artmasının bir sıra səbəbləri var. İlkin dövrdə inveksiya faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa başladı.

Əgər ilkin vaxtlar ölkədə gündə cəmi 200-300 test keçirilirdisə, indi müayinələrin sayı mindən çoxdur. Verilən məlumatlara görə, hazırda ölkədə 35 mindən artıq test keçirilib. İmkanların genişlənməsi yoluxma hallarını müəyyənləşdirmək üçün imkanları artırıb.

Bundan başqa Azərbaycan yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar aldı. Bu da koronavirusa yoluxma hallarının çox qısa bir müddətdə aşkarlanmasına imkan verdi. Nəzərə almaq lazımdır ki, koronavirusun inkubasiya dövrü çoxdur və xəstəliyin üzə çıxması 28 günədək çəkə bilər.

Nəzərinizə çatdıraq ki, xaricdən gələn və karantinə yerləşdirilən şəxslərlə bağlı bir neçə mərhələdə test aparılır. Son bir həftə ərzində keçirilən testlər xaricdən gələn çoxlu sayda insanda yoluxma faktını təsdiq edir.

Digər bir məqam ondan ibarətdir ki, ilkin dövrdə infeksiya yalnız xaricdən gələn şəxslərdə aşkarlanırdısa, indi həm də ölkə daxilində insanların bir birini yoluxdurması halları qeydə alınır.

Regionun digər ölkələrinə nəzər yetirsək görərik ki, onlarda vəziyyət ürəkaçan deyil. ÜST-ün aprelin 4-nə olan məlumatına görə, Ermənistanda 736 yoluxma və 7 ölüm faktı qeydə alınıb. Burada ölkəmizlə müqayisədə 5 dəfəyə yaxın az, cəmi 7994 test aparılıb. Gürcüstanda isə yoluxmaların sayı 156 nəfər təşkil edir və burada ölüm halı hələlik qeydə alınmayıb.

Dünya təcrübəsinə gəldikdə, Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edəndə, bu qitənin bir çox ölkəsində nisbi sakitlik hökm sürürdü. İndi isə koronavirus Avropanın çoxlu sayda ölkəsində tüğyan edir. Ən çox yoluxma faktı İspaniyadadır (124 736). İtaliya (119 827), Almaniya (90 050), Fransa (83 031) kimi ölkələrdə də vəziyyət acınacaqlıdır.

Avropayla müqayisədə, ABŞ-da yayılma və ölüm halları gec başlasa da, indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altındadır. Bu günə olan məlumata görə, artıq 278 mindən artıq ABŞ sakini təhlükəli virusa yoluxub, ölənlərin sayı isə tək Nyu-York şəhərində 1800 nəfəri keçib.

Regionun və dünyanın təcrübəsi göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün bu hal spesifikdir.

Dünya ölkələri təhlükəli virusdan qurtulmaq və onun daha çox yayılmasının qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirirlər. Ölkəmizdə xüsusi karantin rejimi elan olunub, vətəndaşların çölə çıxması məhdudlaşdırılıb.

Pandemiyanın nə vaxt başa çatacağı dəqiq məlum deyil. Yalnız onu deyə bilərik ki, həyata keçirilən tədbirlər, vətəndaşların karantin qaydalarına ciddi riayət etmələri koronavirus bəlasından mümkün qədər az itki ilə çıxmağımıza imkan verəcək.

1news.az

Paylaş:
880

Son xəbərlər

Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20
Bütün xəbərlər