Azərbaycanın “Barselonası”: Təbrizin “Traktor Sazi” klubu öz oyunlarına necə 100 min azarkeş yığır – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Azərbaycanın “Barselonası”: Təbrizin “Traktor Sazi” klubu öz oyunlarına necə 100 min azarkeş yığır – VİDEO

16:24 - 18 / 02 / 2019
Azərbaycanın “Barselonası”: Təbrizin “Traktor Sazi” klubu öz oyunlarına necə 100 min azarkeş yığır – VİDEO

Stadionlara gələn azarkeşlərin sayının az olması Azərbaycan futbolunun ağrılı mövzusudur. Topaz Premyer Liqasının 17-ci turunun mərkəzi qarşılaşması olan “Qarabağ” – “Qəbələ” (2:1) görüşünü  cəmi 2 min azarkeş canlı izlədi.

Lakin stadionlara gələn azarkeşlərin sayının az olmasından heç də bütün Azərbaycan klubları əziyyət çəkmir. İran çempionatında çıxış edən Cənubi Azərbaycanın “Traktor Sazi” klubu azarkeşlərinin sayına görə bütün rekordları alt-üst edir. Təbriz komandası keçirdiyi oyunlarda onu çılğınca dəstəkləyən böyük azarkeş ordusuna sahibdir.

Bu günlərdə sosial şəbəkələrdə İran çempionatının 18-ci turunun icmalı yayımlanıb. Təbrizdə “Traktor Sazi” əsas rəqiblərindən olan Tehranın “İstiqlal” komandasını qəbul edib. Görüş Təbriz komandasının minimal hesablı qələbəsi ilə başa çatıb.

Stadionda oyunu 80 minə yaxın azarkeş izləyib. Məlumata görə, oyun günü stadiona 100 mindən artıq azarkeş gəlib. Lakin stadionda yerlərin sayı məhdud olduğundan onların hamısı stadiona daxil ola bilməyib. Nəticədə on minlərlə insan stadionun kənarında qalıb.

Komandanın Təbrizdə necə məşhur olduğunu anlamaq üçün həmin oyunun videoicmalına baxmaq kifayətdir. Rəqib qapının torunu silkələyən zaman azarkeşlərin nəriltisindən az qalır qulaq tutula.

Azarkeşləri sayəsində “Traktor Sazi” tək İranda deyil, Azərbaycanda və Türkiyədə də yaxşı tanınır. Misal üçün, Türkiyə mətbuatında klubu türk dünyasının “Barselonası” adlandırırlar. Bundan əlavə “Traktor Sazi” klubu türkdilli ölkələrin komandaları arasında ən çox azarkeşi olan klub hesab edilir.

Klubun azarkeşləri oyun zamanı tez-tez Azərbaycan dilində mahnılar səsləndirirlər. Misal üçün, oyunların birində azarkeşlər uca səslə “Sən yaşa Azərbaycan” deyə şüarlar səsləndirirlər.

Məlumat üçün bildirək ki, “Traktor Sazi” klubu 1970-ci ildə təsis olunub. İranda yaşayan 35 milyondan artıq azərbaycanlı üçün “Traktor Sazi” bir klubdan daha artıqdır. “Azərbaycan, sən mənim Vətənimsən!”, “Yaşasın Azərbaycan!” azarkeşlərin ən məşhur şüarlarındandır. “Traktor Sazi” azarkeşlər üçün Azərbaycana olan sevgilərini bildirmək imkanıdır. “Traktor Sazi” soykökləri ilə qürur duyan və hər oyunda bunu hayqıraraq bəyan edən azarkeşlərin tarixidir.

Qeyd edək ki, 18 turdan sonra aktivində 33 xal olan “Traktor Sazi” 4-cü sırada qərarlaşıb. Lider “Sepaxan” komandasından cəmi 5 xal geri qalır. Qarşıda medullar uğrunda gərgin mübarizə var. Uğurlar “Traktor Sazi”!

Teymur Maksutov

 

Paylaş:
2736

Son xəbərlər

Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20
Bütün xəbərlər