Azərbaycanın MDB-yə üzvlüyü və əldə edilən dividentlər | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın MDB-yə üzvlüyü və əldə edilən dividentlər

11:13 - 20 / 09 / 2019
Azərbaycanın MDB-yə üzvlüyü və əldə edilən dividentlər

Müstəqil Dövlətlər Birliyi (MDB)  8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilib.  20 sentyabr 1993 -cü ildə Milli Məclis MDB -yə qoşulmağa dair sazişi ratifikasiya edib.

1993 cü ilin ikinci yarısından başlayaraq Azərbaycanın daxili və xarici siyasəti mühüm dəyişikliklər astanasında idi. İş orasındadır ki,  Azərbaycan Respublikası müstəqillik əldə etdiyi ilk 3 ildə bir çox çağırışlarla üz-üzə qalmışdı. O zaman siyasi hakimiyyətin xarici siyasətdə buraxdığı bir sıra səhvlər milli dövlətçiliyimizin sual altına salınmasına belə gətirib çıxarmışdı.

Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkənin mənafelərinin qorunmasına yönələn əməli dəyişikliklər edildi. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Qərbə inteqrasiya və Rusiya ilə, türkdilli dövlətlərlə, müsəlman dünyası ilə əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi. Bununla da müstəqil Azərbaycan balanslı və çoxvektorlu xarici siyasət yürütməyə başladı.

Heydər Əliyev Cənubi Qafqaza ən böyük təsir imkanlarının Rusiyada olduğunu nəzərə alaraq özünün ilk səfərlərindən birini məhz Moskvaya etdi. Paralel olaraq ölkənin MDB yə daxil olmasına start verilmişdi. MDB yə daxil olmaq isə Rusiya ilə münasibətlərin təkmilləşdirilməsi demək idi.  

Gəlin yaddan çıxarmayaq ki,  beynəlxalq münasibətlərdə liberal nəzəriyyənin beynəlxalq təşkilatların guya ki, neytral statusda fəaliyyət göstərdiklərini dediklərinə baxmayaraq, əslində bu və digər hər bir beynəlxalq təşkilatların arxasında qlobal gücün dayandığını inkar etmək mümkün belə deyil. Beləliklə, Heydər Əliyevin Moskvaya səfəri oradakı siyasi elitanın nə dərəcədə ermənipərəst siyasət yürütməsinə baxmayaraq  Rusiya ilə olan gərgin  münasibətlərimizi xeyli yumşaltdı və onlara yeni çalarlar qatdı.

Milli Məclis hələ 21 dekabr 1991-ci ildə Azərbaycan, Ermənistan, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Rusiya, Ukrayna, Belarus arasında imzalanmış sazişi yalnız və yalnız 24 sentyabr 1993-cü il tarixində ratifikasiya etdi. Bununla da, rəsmi Bakı MDB çərçivəsində Ermənistanın anti-Azərbaycan siyasətini sıxışdırmış oldu.

Yaddan çıxarmaq olmaz kı, düz bir il sonra sentyabrın 20 si ölkəmiz Xəzərdəki enerji yataqlarının əsasən Qərb şirkətlərinə verilməsi, Xəzər hövzəsi enerji yataqlarının gələcəkdə Avropaya daşınmasının əsasını qoyan “Əsrin müqaviləsi”ni imzalayacaqdı.

Hələ o zaman Azərbaycanın MDB-yə üzvlüyünü təhlükəli bir hal kimi qələmə verirdilər. Lakin, zaman göstərdi ki, əksinə, Bakı MDB-yə üzv olmaqla xarici vektorlar arasındakı duruma tarazlıq gətirərək ölkə müstəqilliyinin qorunmasına, onun gələcək inkişafına nail olmağı bacardı. MDB yə üzvlük yuxarıda sadaladığım geosiyasi amillərlə yanaşı, iqtisadiyyat, hümanitar, mədəniyyət kimi sahələrdə Azərbaycana dividentlər gətirdi.

Bu gün Azərbaycan da daxil olmaqla MDB-yə üzv olan  dövlətlərin birlik daxili fəaliyyətləri müstəqil dövlətlərin könüllü və bərabərhüquqlu əsasda yaratdığı hökumətlərarası qurum olduğunu və həmin ölkələr arasında iqtisadi, siyasi, sosial, mədəni əməkdaşlığa şərait yaradan bir subyekt rolunu icra etdiyini təsdiqləyir.

Azərbaycan bir sıra təşkilatlarda olduğu kimi MDB çərçivəsində də aktiv fəaliyyətlə məşğuldur və qurumun yaratdığı perspektivlərdən yararlanmaqdadır.  Azərbaycan Ermənistandandan başqa hər bir MDB-yə üzv dövlət ilə səmimi dostluğa və qarşılıqlı maraqlara əsaslanan ikitəfərli  münasibətlərə malikdir ki, bu da Ermənistanın bu platforma daxilində imicinə zərbə vuran böyük amil kimi çıxış edir. Təsadufi deyil ki, bu gün MDB-nin üzvü olan Belarus və Qazaxıstan liderləri açıq-aşkar şəkildə Ermənistan qarşısında sərgilədikləri sərt mövqeni Yerevanın işğalçılıq siyasəti ilə əlaqələndirirlər.

Beləliklə, MDB yə üzvlük tarixçəmiz bu illər ərzində göstəmiş oldu ki, 26 il əvvəl sentyabrın 20-də Azərbaycan xarici vektorda mühüm dəyişikliklər edərək gələcək uğurların əsaslarından birini qoyub.

Zaur Məmmədov

Siyasi elmlər namizədi, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri

Paylaş:
832

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər