Azərbaycan nefti cüzi ucuzlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti cüzi ucuzlaşıb

1news Redaksiyası11:53 - 01 / 11 / 2025
Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,08 ABŞ dolları azalaraq 65,87 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65,95 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Paylaş:
668

Son xəbərlər

Şəhid anası vəfat etdi

30 / 10 / 2026, 15:05
Bütün xəbərlər