Azərbaycanda ilk dəfə meyit donorun ürəyi transplantasiya edilən 19 yaşlı gəncin vəziyyəti açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ilk dəfə meyit donorun ürəyi transplantasiya edilən 19 yaşlı gəncin vəziyyəti açıqlanıb

13:44 - Bu gün
Azərbaycanda ilk dəfə meyit donorun ürəyi transplantasiya edilən 19 yaşlı gəncin vəziyyəti açıqlanıb

“Bakıda meyit donordan ürək köçürülən 19 yaşlı Rəşad Məmmədəliyev hazırda Mərkəzi Klinikada ciddi həkim nəzarətində saxlanılır”​.

1news.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə R.Məmmədəliyevin atası Abbasəli Məmmədəliyev deyib.

O bildirib ki, oğlunda ürək problemi yaranandan sonra həkimə müraciət ediblər: “Rəşadda yerimə problemi, təngnəfəslik və digər əlamətlər aşkarlanandan sonra müalicələr başlandı. Təxminən 5-6 ay əvvəl bir neçə həkimə müraciət edəndən sonra Mərkəzi Klinikada Kamran Musayevin qəbulunda olduq.

K.Musayev əməliyyatı üzərinə götürdü və oğlum üçün donor da tapıldı. Oktyabrın 23-ü gecə saat 3 radələrində əməliyyat başlanıldı, günorta 11:30-da başa çatdı.

Hazırda vəziyyəti yaxşıdır, palata şəraitində həkim nəzarətində saxlanılır. Həkim nəzarəti ilə qismən hərəkət edir, özünü normal hiss edir. Hələ ki görüşə icazə vermirlər. Telefonla qısamüddətli danışır”.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycanda ilk dəfə meyit donorun ürəyi transplantasiya edilib.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər