“Bir” Tələbə-Könüllü proqramından onlayn fleşmob - #birteshekkur | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bir” Tələbə-Könüllü proqramından onlayn fleşmob - #birteshekkur

14:45 - 27 / 03 / 2020
“Bir” Tələbə-Könüllü proqramından onlayn fleşmob - #birteshekkur

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təşəbbüsü ilə #birteshekkur adlı onlayn fleşmoba start verilib.

1news.az xəbər verir ki, Martın 25-də “Görünən və görünməyən qəhrəmanlara #birteshekkur” devizi ilə başlayan kampaniya paylaşdıldığı andan etibarən sosial şəbəkələrdə 200-dən çox insan tərəfindən paylaşılıb, 15 mindən çox baxış sayı əldə edib. Həmçinin, Bakıdan başqa Gəncə, Mingəçevir, Lənkəran, Şamaxı, Quba, Masallı, Sumqayıt, Göyçay, Şəki şəhərlərindən olan insanlar da fleşmoba dəstək verib.

Bildiyiniz kimi, Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Koronavirusla mübarizə aparan görünən və görünməyən qəhrəmanlara həsr olunan onlayn fleşmob çərçivəsində bütün insanlar bu şəxslərə öz təşəkkürlərini bildirəcəklər.

Fleşmob çərçivəsində #birteshekkur ediləcək şəxslərə Koronavirusla rəğmən işlərinə fasilə verməyən, insanlara dəstək olan iş, peşə sahiblərinə, həkim və tibb bacıları, aeroport işçiləri, əczaçılar, mühafizəçilər, polislər, hərbiçilər, könüllülər, satıcılar, səhiyyə işçiləri və s. daxildir.

Onlayn fleşmoba qoşulmaq üçün:

  • Görünən və görünməyən qəhrəmanlar üçün xoş sözlərini yaz və ya onlara mahnı həsr et;
  • #birteshekkur və #birkonullu həştəqlərini əlavə et,
  • Ən az 3 könüllü dostunu işarələrək fleşmoba dəvət et;
  • Öz səhifəndə hamıya açıq şəkildə (public) paylaş;

#birteshekkur fleşmobuna qoşulan insanlar yuxarıda qeyd olunan görünən və görünməyən qəhrəmanlara təşəkkür edir, xoş ürək sözlərini yazır, şəkil, video paylaşır və dostlarını da qoşulmağa çağırırlar. Sizləri də fleşmoba qoşulmağa, görünən və görünməyən qəhrəmanlara #birteshekkur etməyə dəvət edirik!

Qafar Ağayev

Paylaş:
1567

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər