Deputat: ““Milli Şura”nın “fədakar”ları Azərbaycan əleyhdarlarının sifarişlərini yerinə yetirir” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: ““Milli Şura”nın “fədakar”ları Azərbaycan əleyhdarlarının sifarişlərini yerinə yetirir”

11:05 - 01 / 07 / 2020
Deputat: ““Milli Şura”nın “fədakar”ları Azərbaycan əleyhdarlarının sifarişlərini yerinə yetirir”

Son zamanlar özlərini Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun videokonfranslarından görüntülər yayılır.

Buna konfrans demək belə düzgün deyil, aparılan müzakirələri qeybətdən başqa bir şey adlandırmaq olmaz. Milli Şuranın son videokonfransından yayılan görüntülərdə açıq şəkildə bildirilir ki, bu qurumun əsas vəzifəsi Azərbaycan hakimiyyətini şərləməkdir. Bu etiraf onların əsl simasını və xislətini aydın nümayiş etdirir. Müşahidələr onu göstərir ki, “Milli Şura” “Azərbaycana nə qədər pisdirsə, bizə o qədər yaxşıdır” prinsipi ilə addım atır. Bəs görəsən onların belə etməkdə məqsədi nədir?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib ki, “Mili Şura” adlı qurumun yarandığı gündən bir məqsədi olub: gündən-günə inkişaf edən ölkəmizin beynəlxalq aləmdə möhkəmlənən mövqeyinə, iqtisadi qüdrətinə kölgə salmaq, müstəqil Azərbaycanın nüfuzuna xələl gətirmək.

““Milli Şura”nın son videokonfransından yayılan görüntüləri bu qurumun əsas vəzifəsinin Azərbaycan hakimiyyətini şərləmək, gözdən salmaq olduğunu sübut etdi. Məhvə məhkum olan qurumun fəallarının etirafı onların əsl simasını bir daha nümayiş etdirdi. Eyni zamanda öz dilləri ilə “Milli şura”nın məhvinin labüdlüyünü təsdiq etdi.

Təbii ki, düşmənin dəyirmanına su tökənlərin videokonfransda öz dilləri ilə əməllərini etiraf etməsi heç də gözlənilməz olmadı. İllərdir onların ölkəmiz haqqındakı şər-böhtanları, faktları və rəqəmləri təhrif etmələri cəmiyyətimizdə ikrah hissi yaradırdı. Yaxşını pisdən ayırmağı bacaran xalqımız yaxşı bilirdi ki, “Milli Şura”nın “fədakar”ları erməni lobbisinin və xaricdəki Azərbaycan əleyhdarlarının sifarişlərini yerinə yetirirdilər”.

Qafar Ağayev

Paylaş:
1330

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər