Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb
Sentyabrın 22-də xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyininin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar, eləcə də münaqişə zonasındakı vəziyyət və ümumilikdə, münaqişənin tənzimlənməsi üzrə Həmsədrlərin gələcək fəaliyyət planları və perspektivləri müzakirə edilib.
1news.az
454