Gürcüstan Baş nazirlərinin ən yaxşı tərcüməçisi Paşinyan imiş - Mübariz Əhmədoğlu | 1news.az | Xəbərlər
Siyasət

Gürcüstan Baş nazirlərinin ən yaxşı tərcüməçisi Paşinyan imiş - Mübariz Əhmədoğlu

10:33 - 18 / 10 / 2019
Gürcüstan Baş nazirlərinin ən yaxşı tərcüməçisi Paşinyan imiş - Mübariz Əhmədoğlu

Gürcüstanın Baş naziri G.Qaxariyanın Ermənistana səfərini müstəqillik dövründə Ermənistan-Gürcüstan münasibətləri üçün ən tarixi hadisələrdən biri saymaq olar.

Qaxariya Yerevanda çox cəsarətli bəyanatlar verdi və məsələdə burasındadır ki, bəyanatların dəyəri onun Ermənistan mətbuatında işıqlandırılması və N.Paşinyanın bütün bu məsələlərə münasibətidir.

G.Qaxariyanın fikrincə, Cənubi Qafqaz regionu üçün ilk növbədə sülh və iqtisadi çiçəklənmə lazımdır. Başqa sözlə, sülh və iqtisadi çiçəklənmə Qaxariya üçün regional miqyasda bir-biri ilə əlaqəli məsələdir və güclü iqtisadi çiçəklənmə üçün ilk növbədə sülh lazımdır. Qaxariya N.Paşinyanla birlikdə konstatasiya ediblər ki, regiona sülh məhz ona görə lazımdır ki, bütün bundan sonrakı diqqətlər iqtisadiyyat üzərində cəmlənsin və vətəndaşlara ləyaqətli yaşamaq imkanı yaradılsın.

G.Qaxariya ərazi bütövlüyü prinsipinin Gürcüstan üçün mühüm məsələ olduğunu bildirdi. N.Paşinyanla birlikdə səsləndirilən bu fikirlər və Paşinyanın verdiyi reaksiya kifayət qədər diqqəti çəkir: Paşinyan Tbilisini kənar faktorların təsirində olmayan dialoqa dəvət etdi. İl yarımlıq hakimiyyəti dövründə Paşinyan Gürcüstanın 3 baş naziri ilə təmasda olub. Paşinyan Tbilisiyə təsir edən kənar faktorlar dedikdə Bakını nəzərdə tutur. Rəsmi Yerevan Gürcüstan səsləndirdiyi bəyanatları əslində əyri güzgüdə təqdim edirdi. N.Paşinyan görünür rəsmi Tbilisinin dilini özünəməxsus yaxşı bilir deyə çox yaxşı da tərcüməçilik etdi. Məhz N.Paşinyanın hesabına Gürcüstanın Ermənistan istiqamətində mövqeyi tamamilə üzə çıxdı.

Ermənistan Gürcüstanda  separatizm mövzusunda gərginlik yaratmağa daim  tam hazır vəziyyətdədir.

Yaxınlarda bəlli oldu ki, Ermənistandan olan ermənilər Cavaxetiyada forum keçirib, region ermənilərinin birləşməsinə şərait yaratmaq məqsədilə pul toplayırdılar.

Bəzi erməni jurnalistləri separatizm ideyalarını qızışdırmaq məqsədilə Gürcüstan ərazisinə səfər etmək istədilər, gürcü sərhədçiləri bunun qarşısını aldı.

Bəlli oldu ki, Ermənistanın idarəçiliyi ilə Cavaxetiya erməniləri Gürcüstanın ən əsas strategiyasının-Avroatlantik məkana inteqrasiyasının əleyhinə imiş.

Yaxın tarixdən də bəllidir ki, Cavaxetiya erməni separatizminin əsas mərkəzlərindən biridir. Hətta Ermənistanın istəyi ilə bir qrup ABŞ ermənipərəst konqresmeni uzun müddət Gürcüstanın Cavaxetiya regionuna müstəqil dövlət kimi  ABŞ dövlət büdcəsindən vəsait ayırmağa nail oldu.

O da bəllidir ki, həm eks-prezident Serj Sərkisyanın dövründə Tbilisi Ermənistana  bir-birinə hücum etməmək haqqında müqavilə imzalamağı təklif etdi, Yerevan rədd etdi.

Gürcüstanın keçmiş Baş naziri Q. Kvirikaşvili Paşinyanın qarşısında Ermənistanla Gürcüstan arasında təhlükəsizlik müqaviləsi imzalamaq məsələsini gündəliyə gətirdi. N.Paşinyan imtina etdi.

G.Qaxariyanın Ermənistana səfərinə bütün bunların hamısının məcmusuna cavab kimi yanaşmaq daha düzgündür.

Qaxariya Gürcüstanın iqtisadi problemlərini və onun konseptual səbəblərini çox gözəl başa düşür.

Qaxariya başa düşür ki, Gürcüstan üçün ən azı 2 gərginlik mənbəyi var. Bunlardan biri  Gürcüstandan qopduğunu elan etmiş separatçı bölgələrlə əlaqəli məsələlər, digəri Cavaxetiya erməniləri və ona dəstək verən Ermənistan tərəfindən gələn təhlükədir. Ona görə də donor konfranslarda Gürcüstana vəsait vəd verilsə də, sonradan bunlar sadəcə vəd olaraq qalır.

İndi G.Qaxariya bütün bunların səbəbini araşdırırır. Görünür, Qaxariya 1 və ya 2 illik Baş nazir olmaq istəmir. G.Qaxariyanın atdığı addımlar göstərir ki, o Gürcüstanın iqtisadiyyatı, dirçəlməsi ilə ciddi məşğuldur və özünü bu istiqamətdə yeganə şanslı sayır. Ona görə Qaxariya Ermənistanda olarkən belə qətiyyətli addımlar atdı, bəyanatlar verdi.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
1957

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər