İlham Əliyev:  “750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib” | 1news.az | Xəbərlər
Cəmiyyət

İlham Əliyev:  “750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib”

20:48 - 28 / 03 / 2020
İlham Əliyev:  “750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib”

“Bütövlükdə son illərdə ölkəmizin səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində böyük işlər görülüb”.

1news.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında deyib. Ölkə başçısı deyib ki, 2004-cü ildən bu günə qədər 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib:

 “Onların bir çoxunun açılışında mən şəxsən iştirak etmişəm. Bu gün Azərbaycanda elə şəhər yoxdur ki, orada müasir tibb mərkəzi, xəstəxana olmasın. Üç-dörd şəhərdə mərkəzi rayon xəstəxanasının tikintisi davam edir və yaxın vaxtlarda orada açılışlar gözlənilir. Təkcə bu il Qazax, Goranboy və Şəmkir şəhərlərində mənim iştirakımla mərkəzi rayon xəstəxanalarının açılışı olmuşdur. Təsəvvür edin, əgər biz bu sahəyə fikir verməsəydik, bu gün bizim vəziyyətimiz əlbəttə ki, tələbatımızı təmin edə bilməzdi. Xatırlayıram, 2004-cü ildə mən hələ Prezident kimi fəaliyyətimə yenicə başlamışdım, Lənkəran şəhərində yaşayış binasının çökməsi nəticəsində bir neçə insan həlak oldu, bir çox insan yaralandı. Mən dərhal Lənkərana getdim, xəstələrə baş çəkdim və orada gördüyüm mənzərə məni dəhşətə gətirdi. Çünki xəstəxana adlandırılan o binaya xəstəxana demək qətiyyən mümkün deyildi. Yəni, dağılmış bina, çürümüş avadanlıq, palatalarda heç bir avadanlıq yox idi, adi yataqlar qoyulmuşdur. Dedim ki, bu, nədir? Dedilər ki, bizim mərkəzi rayon xəstəxanamızdır. Dedim ki, ağır xəstələr haradadır? Dedilər ki, reanimasiyada. Dedim aparın məni reanimasiyaya, mən onlara baş çəkmək istəyirəm. Sən demə reanimasiya nə imiş? Biz bir mərtəbə qalxdıq, eyni otaq, eyni divarlar, eyni taxta yataq, bir dənə də avadanlıq yox idi. Dedim budur reanimasiya? Dedilər bəli. Bax, 2004-cü ildə bizim səhiyyə sistemimizin vəziyyəti bu idi. Mənim göstərişimlə dərhal Lənkəran şəhərində ilk dəfə olaraq müalicə-diaqnostika mərkəzinin tikintisinə start verildi. Ondan sonra bölgələrimizdə 20-yə yaxın müalicə-diaqnostika mərkəzi inşa edilmişdir. O ki qaldı, mərkəzi rayon xəstəxanalarının inşasına, dediyim kimi, bəlkə də iki şəhərdə hələ ki, bu xəstəxanalar lazımi səviyyədə deyil, ancaq onların da inşası nəzərdə tutulur”.

“Bu gün biz koronavirus xəstələrini bir neçə xəstəxanada yerləşdiririk, o cümlədən Bakı şəhərində və bölgələrdə. Əgər bizdə bu infrastruktur olmasaydı, bu xəstəliyə qarşı necə mübarizə apara bilərdik?!" - deyə, Prezident fikirlərinə davam edib:

"Eyni zamanda, onu da bildirməliyəm ki, son illərdə həkimlərin peşəkarlığı böyük dərəcədə artıb. İndi təsəvvür etmək olmur ki, 10-15 il bundan əvvəl Azərbaycanda çox çətin əməliyyatların həyata keçirilməsi mümkünsüz idi. Bu gün isə bizim həkimlərimiz ən çətin əməliyyatları aparırlar, insanları həyata qaytarırlar, neçə ildir ki, açıq ürək, orqanların transplantasiyası əməliyyatları keçirilir. Yəni, bütün bunları bir neçə il bundan əvvəl təsəvvür etmək belə mümkün deyildi. Ona görə həkimlərin təlimi, onların peşəkarlığının artırılması sahəsində də böyük işlər görüldü. Bizim tələbələrimiz xarici ali tibb məktəblərinə ezam edildilər, həmçinin kurslarda təlim keçdilər. Odur ki, bu gün bizim səhiyyə infrastrukturumuz həkimlərin peşəkarlığı və bilikləri ilə uzlaşmalıdır. Hələ ki, bu istiqamətdə görüləsi işlər çoxdur. Əlbəttə, siz yaxşı bilirsiniz ki, dünya tibb elmi sürətlə inkişaf edir. Bu gün elə xəstəliklər müalicə olunur ki, əvvəlki illərdə bu xəstəliyin çarəsi yox idi. Ona görə Azərbaycan həkimləri, xüsusilə həkimlərin gənc nəsli, orta nəsli daim öz üzərində işləməlidir ki, bütün dünyada mövcud olan və yaranan yeni texnologiyalar, yeni müalicə qaydaları, yeni müalicə üsulları bizdə tətbiq olunsun. Mən hesab edirəm ki, bu sahədə əlavə işlərin görülməsi lazımdır”.

Qafar Ağayev

Paylaş:
642

Son xəbərlər

Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41
Bütün xəbərlər