İlham Əliyev və Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak ediblər - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev və Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak ediblər - FOTO

16:10 - 11 / 11 / 2019
İlham Əliyev və Mehriban Əliyeva ağacəkmə aksiyasında iştirak ediblər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən salınacaq yeni park barədə məlumat verərək dedi:

-Cənab Prezident, bura parkın ən hündür nöqtəsidir. Buradan bütün ərazi görünür. Parkın ərazisi 37,2 hektardır.

Prezident İlham Əliyev: Buradan gözəl mənzərə açılır.

Anar Ələkbərov: Elədir. Mehriban xanımın tapşırığına əsasən biz buraları qoruyub saxlamışıq və çalışırıq ki, tezliklə bu parkı insanların istifadəsinə verək. Bu ərazinin yeni planı nəzərdə tutulub. Burada böyük, özü də sadə bir park olacaq.

Birinci xanım Mehriban Əliyeva: Təbii park.

Prezident İlham Əliyev: Bəli, təbii.

Anar Ələkbərov: İnsanların asudə vaxtlarının səmərəli təşkili üçün burada bütün şərait yaradılacaq.

Prezident İlham Əliyev: İdman meydançaları da.

Anar Ələkbərov: Əsasən idman meydançalarına, idman qurğularına üstünlük veriləcək. Burada insanların daha çox təbiət qoynunda idman etmələri üçün xüsusi zolaqlar, velosiped yolları, sadə pikniklər üçün yerlər olacaq. İnsanların vaxtlarını, bayramlarını burada keçirmələri üçün bütün imkanlar yaradılacaq.

Prezident İlham Əliyev: Çox yaxşı. Burada iaşə obyektləri də olmalıdır ki, vətəndaşlar gələndə onlardan istifadə edə bilsinlər.

Anar Ələkbərov: Elədir, cənab Prezident.

Prezident İlham Əliyev: Amma əlbəttə ki, bu təbii mənzərə qorunmalıdır. İndi burada yeni ağaclar əkilir.

Anar Ələkbərov: Bu gün 30 minə yaxın ağac əkiləcək. Sizin dəstəyinizə böyük ehtiyacımız var ki, biz bu parkı salaq və insanların istifadəsinə verək.

Prezident İlham Əliyev: Hesab edirəm ki, park qısa müddət ərzində tamamilə abadlaşdırılacaq və vətəndaşlar üçün burada gözəl imkanlar yaradılacaq.

Birinci xanım Mehriban Əliyeva: Suvarma sistemi necə olacaq?

Anar Ələkbərov: Artıq onu həll edirik. Bu gün ağacları əkirik deyə biz artıq Sizin göstərişinizlə suvarma sistemini də çəkdik. Amma təbii ki, burada əlavə işlər var. İşıqlandırma sistemlərinə yenidən baxılmalıdır. Xüsusi suvarma sistemləri qurulmalıdır. Onu təşkil edəcəyik.

Prezident İlham Əliyev: Burada zeytun ağacları da görürəm. Vaxtilə əkilib?

Anar Ələkbərov: Bəli, vaxtilə burada çoxlu zeytun ağacı olub, məhsul da yığılıb.

Prezident İlham Əliyev: İndi də əkmək lazımdır, əsasən zeytun və şam ağacları.

Anar Ələkbərov: Biz burada Eldar şamına da üstünlük veririk. Əvvəllər burada zeytun ağacları ilə bərabər, Eldar şamları da çox idi. Ona görə bu qaydada davam edəcəyik.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva parkda ağac əkdilər.

Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyev Azərbaycan vətəndaşının sosial məsələlərinin həllini, onların sağlamlıqlarının qorunmasını prioritet məsələlərdən biri kimi müəyyənləşdirib. Bu istiqamətdə indiyədək çox sayda layihələr icra olunub. Bu layihələr sırasında əhalinin sağlam ekoloji mühitdə yaşaması məsələsinə də xüsusi diqqət yetirilir. Ölkəmizdə həyata keçirilən ekoloji siyasət nəticəsində yeni yaşıllıqların salınması, mövcudlarının qorunması ilə yanaşı, eyni zamanda, əvvəllər heç bir yaşıllıq olmayan sahələrdə də ağacəkmə aksiyalarının keçirilməsi Azərbaycanda ekoloji durumun yaxşılaşdırılmasına mühüm töhfələr verir, yaşıllıq zonalarının sahəsini artırır.

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Ölkəmizdə yeni yaşıllıqların salınmasında və mövcud yaşıllıq sahələrinin qorunmasında Fondun töhfəsi olduqca böyükdür. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə ekoloji durumun daha da yaxşılaşdırılması, yeni yaşıllıqların salınması məqsədilə icra olunan layihələrin də mühüm rolu var. Bu baxımdan Heydər Əliyev Fondunun “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi xüsusi əhəmiyyət daşıyır.

Aksiyada gənclər, rayon sakinləri, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri fəal iştirak etdilər.

Bakıda və respublikanın müxtəlif rayonlarında ağacəkmə aksiyalarının təşkilini nəzərdə tutan layihə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərin aradan qaldırılması istiqamətində mübarizədə birgə fəaliyyətə səsləyir. Layihənin məqsədi, eyni zamanda, insanları nəcib təşəbbüslər ətrafında birləşdirməyə yönəlib. Dövlət Bayrağı bayramının qeyd edildiyi günlərdə və 12 noyabr - Konstitusiya Günü ərəfəsində təşkil olunan bu aksiya həm də vətəndaşların ölkə üçün vacib layihə ətrafında birləşməsi ilə yadda qaldı.

Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyasının iştirakçıları ilə görüşüb söhbət etdilər.

Sonda xatirə şəkilləri çəkdirildi.

Qeyd edək ki, ağac əkilən ərazidə əvvəlcə müvafiq iməcilik təşkil olunub, təmizlik işləri aparılıb.

Aksiya çərçivəsində ağacların əkilməsi, sulanması, ərazinin tullantılardan təmizlənməsi ilə yanaşı, buradakı mövcud ağaclarda quş yuvaları və yem qabları quraşdırılıb.

Tədbir çərçivəsində ərazidə müxtəlif əyləncəli və musiqili proqramlar, yarışlar təşkil olunub.

İştirakçılar aksiyaya qatılmaqdan məmnun qaldıqlarını bildiriblər.

1news.az

Paylaş:
929

Son xəbərlər

“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35
Bütün xəbərlər