Kamran Əliyev: “İstənilən nəqliyyat vasitəsi ilə rayon və şəhərlərarası sərnişindaşıma qadağandır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamran Əliyev: “İstənilən nəqliyyat vasitəsi ilə rayon və şəhərlərarası sərnişindaşıma qadağandır”

13:53 - 27 / 03 / 2020
Kamran Əliyev: “İstənilən nəqliyyat vasitəsi ilə rayon və şəhərlərarası sərnişindaşıma qadağandır”

“Operativ Qərargahın qəbul etdiyi qərarda göstərilir ki, ölkə üzrə rayon və şəhərlərarası sərnişin daşıma fəaliyyəti qadağan olunsun. Bu o demək deyil ki, kimsə kiçik tutumlu maşınlarda sərnişin daşımalıdır. İstənilən nəqliyyat vasitəsi ilə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti qadağan olunub”.

Bu 1news.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. O bildirib ki, bu tədbirin əsas məqədi insanların bir-biri ilə təmasının azaldılması, hamının olduğu yerdə qalması ilə bağlıdır.

“Bu işdə mətbuatın da üzərinə böyük yük düşür. Vətəndaşlara yalnız polis müraciət etməməlidir, mətbuat nümayəndələri də bu çağırışlara dəstək verməlidir ki, insanlar olduqları yerdən çıxmasın, qaydalara riayət etsin”.

K.Əliyev deyib ki, 11 mindən çox nəqliyyat vasitəsi postlardan geri qaytarılıb.

“19 mart- İlk məhdudlaşdırma tətbiq edilən vaxtdan indiyə qədər bölgələrdən gələn 7545 nəqliyyat vasitəsi postlardan geri qaytarılıb. 24 martdan isə Bakıdan çıxmaq istəyən 3656 nəqliyyat vasitəsinin qarşısı alınıb”.

Xatırladaq ki, Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Karantin qaydalarının 3-cü bəndində qeyd olunur ki, Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərlərarası sərnişindaşıma fəaliyyəti dayandırılsın.

Qafar Ağayev

 

Paylaş:
1598

Son xəbərlər

Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37
Bütün xəbərlər