Bəzi rayonlarda hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi rayonlarda hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

1news Redaksiyası15:02 - 23 / 09 / 2026
Bəzi rayonlarda hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Paylaş:
511

Son xəbərlər

Bütün xəbərlər