Kapital Bank tam rəqəmsal onlayn hesab açma xidmətini təqdim edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank tam rəqəmsal onlayn hesab açma xidmətini təqdim edir

10:48 - 04 / 08 / 2020
Kapital Bank tam rəqəmsal onlayn hesab açma xidmətini təqdim edir

Kapital Bank mütəmadi olaraq hüquqi şəxs və sahibkarlar üçün rahat həllər təklif etmək üçün rəqəmsal imkanlarını  inkişaf etdirir. Bu dəfə məsafədən bankçılıq xidmətlərini genişləndirən Kapital Bank, tam rəqəmsal onlayn hesab açma xidmətini təqdim edir.

Onlayn hesabın açılması imkanı ilə, vaxt itirmədən və filiala yaxınlaşmadan, cəmi bir neçə dəqiqə ərzində, dünyanın istənilən nöqtəsindən Kapital Bank-da hesab rəsmiləşdirib, əməliyyatlara başlamaq mümkündür. Fürsətdən yararlanmaq üçün www.onb-cb.kapitalbank.az linkindən, həmçinin Müştəri Bank sistemindən (www.cb.kapitalbank.az) və ya Bankın saytındakı “Biznes üçün” bölməsi vasitəsi ilə “Məsafədən hesab aç” portalına daxil ola bilərsiniz.

İlk növbədə, müştəri şəxsi və biznes məlumatlarını qeyd edib, tələb olunan sənədlərin elektron versiyasını portala yükləməlidir. Daha sonra, müştəri “ASAN İmza” ilə müqavilə imzalamalı və bank əməkdaşları ilə video müsahibədən keçməlidir. Proses, müqavilənin, rekvizitlərin və “Müştəri Bank” sisteminə daxil olmaq üçün istifadəçi adı və şifrənin müştərinin elektron ünvanına göndərilməsi ilə yekunlaşır. Həmçinin yaxın zamanda fiziki şəxslər üçün onlayn müştəri olmaq və hesab açmaq imkanı təqdim ediləcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
947

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər