McDonald’s 20 il Azərbaycanda – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

McDonald’s 20 il Azərbaycanda – VİDEO

15:35 - 13 / 12 / 2019
McDonald’s 20 il Azərbaycanda – VİDEO

Bu il McDonald’s Azərbaycan 20 illiyini qeyd edir.

Məhz 20 il bundan əvvəl, 1999-cu ildə dünyaca məşhur brendin Azərbaycanda ilk restoranı açılmışdır. İlk gündən müştərilərin sevimli məkanına çevrilən McDonald’s, bu gün də uğurla fəaliyyət göstərir.

Öz müəssisələrinin sayını 17-yə çatdırmış McDonald’s Azərbaycan, bu gün ölkəmizdə  öz sektorunda liderlərdən biridir. Bu 20 il ərazində şirkətdə 6500 əməkdaş çalışmış və hal-hazırda ümumi işçi heyətində 1200-dən çox əməkdaş var. Onların arasından 250-dən çox əməkdaş öz bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə McDonald’s Azərbaycan tərəfindən ölkə ərazisində və xarici ölkələrdə xüsusi təlimlərə göndərilmiş, briqada üzvü vəzifəsindən restoran meneceri, ofis işçisi və idarə heyətinədək karyera yolu keçmişdir.

McDonald’s Azərbaycan şirkəti ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında əlamətdar rol oynamış və hal-hazırda o, öz sektorunda ölkənin ən böyük vergi ödəyicilərindən biridir.

Şirkət yerli müəssisələrlə çalışaraq daxili istehsalın inkişafına müsbət təsir göstərmişdir. Beləcə bir neçə yerli müəssisə bütün lazımi beynəlxalq auditlərdən keçdikdən sonra McDonalds-ın rəsmi təchizatçısına çevrilir. Bu müəssisələr Azərbaycanla yanaşı, digər ölkələrə də öz məhsullarını ixrac edir. Bu da sevindirici haldır ki, həmin müəssisələr öz məhsullarını digər ölkələrə “Made in Azerbaijan” adı altında çıxarır.

Bütün McDonald’s məhsulları restoranlara çatdırılmamışdan əvvəl akkreditasiya olunmuş laboratoriyalarda yoxlamanın bütün mərhələlərindən keçir və müvafiq dövlət qurumları tərəfindən verilmiş qida təhlükəsizliyi, uyğunluq, baytarlıq və fitosanitar sertifikatları əldə edir. 

McDonald’s şirkətinin Azərbaycanda fəalliyyətə başlamasından bəri, şirkətin əsas prioritetlərindən biri də uşaqlara yönəlmiş müxtəlif dəstək proqramlarının keçirilməsi, aktiv xeyriyyəçilik fəaliyyəti olmuşdur. McDonald’s Azərbaycan şirkəti bunu müxtəlif vasitələrlə reallaşdırır: həm birbaşa iştirakı, həm də dövlət və qeyri-hökümət təşkilatları ilə xeyriyyə aksiyaları, eləcə də təhsil, idman lahiyələri, ictimai tədbirlər və müxtəlif ictimai tədbirlər həyata keçirir. Bugün uşaqlara dəstək olmaqla, işlədiyimiz ölkənin gələcəyinə sərmayə qoymuş oluruq. “Kiçik uşaqlarda böyük problemlər olmamalıdır!”, – “Ronald McDonaldın Evi” xeyriyyəçilik fondunun şüarıdır. 20 il ərzində McDonald’s Azərbaycan şirkəti öz müştərilərinin dəstəyi ilə Bakıda və regionlarımızda bir çox uşaq evləri və internat məktəblərinə öz köməyini göstərmişdir və 20 il boyunca bu kimi xeyriyyəçilik aksiyalarının keçirilməsi artıq xoş ənənəyə çevrilmişdir. 

McDonald’s Azərbaycan müştərilərinə birlikdə paylaşdıqları xoş anlarla dolu 20 ilə görə öz dərin minnətdarlığını bildirir.

Paylaş:
938

Son xəbərlər

Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər