Nərimanovda kafedə baş verən insidentlə bağlı cinayət işi açılıb

Paytaxtın Nərimanov rayonunda kafelərdən birində insident baş verib.
1news.az Trend-ə istinadən xəbər verir ki, hadisəni törədən şəxslərdən bir neçəsi saxlanılıb, digər üç nəfərin də şəxsiyyəti müəyyən olunub. Onların saxlanılması istiqamətində polis tərəfindən zəruri tədbirlər görülür.
DİN-in Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər.
Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
75












