Bakıda skuterlərdən istifadə edənlərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda skuterlərdən istifadə edənlərin sayı açıqlanıb

1news Redaksiyası16:43 - Bu gün
Bakıda skuterlərdən istifadə edənlərin sayı açıqlanıb

Mikromobillik infrastrukturunun inkişafı istiqamətində görülən işlər, zolaqlar şəbəkəsinin genişləndirilməsi, velosiped və elektrik mühərrikli kiçik nəqliyyat vasitələrindən istifadənin təşviqi bu nəqliyyat növlərinə marağı xeyli artırıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) 1news.az-a bildirilib ki, bu ilin oktyabr ayında mikromobillik vasitələri 544 365 dəfə sifariş olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz çoxdur. Velosiped və skuterlərdən ötən ay istifadən edənlərin sayı 297 265 nəfər, qət edilən məsafə isə 2 119 185 kilometr təşkil edib. Bu isə ötən ilin oktyabr ayı ilə müqayisədə müvafiq olaraq 35 faiz və 31 faiz artım deməkdir.

Nəzərəçarpacaq artım ümumilikdə bu ilin 10 ayında qeydə alınıb. 2026-cı ilin yanvar-oktyabr ayları ərzində Bakı şəhərində mikromobillik vasitələri 3 811 106 dəfə sifariş olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz artım deməkdir.

Bu müddət ərzində mikromobillik vasitələrindən istifadə edənlərin sayı 1 946 866 nəfər təşkil edib. 2025-ci ilin yanvar-oktyabr aylarının göstəricilərindən bu 19 faiz çoxdur.

Xüsusilə yaxın məsafələrə səfərlər zamanı geniş istifadə edilən velosiped və skuterlərlə bu ilin yanvar-oktyabr aylarında 10 549 590 km yol qət edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artım deməkdir.

Qeyd edək ki, bu rəqəmlər yalnız kirayə xidmətinə dair məlumatları əks etdirir. Şəxsi velosiped və skuterlərdən istifadə edənləri də nəzərə alsaq, rəqəmlərin daha çox olduğunu demək olar.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər