“MFL Carlsberg Biznes Liqası”na start verildi: ilk oyunların NƏTİCƏLƏRİ – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“MFL Carlsberg Biznes Liqası”na start verildi: ilk oyunların NƏTİCƏLƏRİ – FOTO – VİDEO

11:30 - 15 / 01 / 2020
“MFL Carlsberg Biznes Liqası”na start verildi: ilk oyunların NƏTİCƏLƏRİ – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL tərəfindən ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında keçirilən “MFL Carlsberg Biznes Liqası”nın I turunun oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm A, həm də B qruplarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlərin əksəriyyəti gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, ilk turda A qrupunun və bütünlüklə ilk turun ən qollu qarşılaşması “Universal” və “Katsan Group” komandaları arasında keçirilən görüşdə qeydə alınıb – 14 qol. Rəqibinə 9:5 hesabı ilə qalib gələn birincilər meydanı üç xalla tərk ediblər.

“Soliton LTD”nin rəqibinin qapısından 7 top keçirdiyi digər görüşdə JTİ-nin gücü yalnız təsəlli qoluna çatıb. “Expressbank” – METAK, “Avromed” – “Gilan Tekstil Park” matçlarında isə qapılara qol vurulmayıb.

B qrupunun ən qollu qarşılaşması “Ruma Hotels” – SOCAR görüşündə qeydə alınıb – 11 qol. Rəqibinə 7:4 hesabı ilə qalib gələn “neftçilər” turnirə qələbə ilə başlayıblar.

“Norm Sement” – “Veysəloğlu” görüşü kifayət qədər gərgin mübarizə şəraitində keçib. Komandaların hərəyə iki dəfə fərqləndiyi qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

İlk turun ən yaddaqalan məqamlarını və qısa icmalını təqdim edirik:

 

Qeyd edək ki, ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında keçirilən “MFL Carlsberg Biznes Liqası”nın eksklüziv tərəfdaşı “Carlsberg” şirkətinin ölkəmizdəki təmsilçisi “Carlsberg Azerbaijan” şirkətidir. Turnirin təşkilati dəstəyi isə AFFA tərəfindən təmin edilir.

Öz qruplarında ilk 4 yeri tutan komandalar play-off oyunlarına vəsiqə qazanacaqlar. Burada isə komandalar 1/4 final və yarımfinalda qüvvələrini sınayacaqlar. Sona qalan iki komanda turnirin qalibi adı uğrunda həlledici final oyununa çıxacaq.

Turnirin qalibi adını qazanan komanda Türkiyə kubokunun final oyununu pulsuz izləmək imkanı əldə edəcək. Komandanın səfər, nəqliyyat və otel xərcləri “Carlsberg Azerbaijan” şirkəti tərəfindən qarşılanacaq.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
1508

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər