Trampdan İranı qəzəbləndirən addım – Hörmüz boğazına yeni ad verdi
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını “Tramp Boğazı” olaraq təqdim edən xəritə paylaşıb.
1news.az xəbər verir ki, Tramp sosial media hesabında körfəz bölgəsinin xəritəsini paylaşaraq Hörmüz boğazının ətrafını dairəyə alıb və həmin ərazinin üzərinə “Trump Strait” (“Tramp Boğazı”) yazıb.
Bu, Trampın Hörmüz boğazının adının dəyişdirilməsi ilə bağlı ilk paylaşımı deyil. O, sentyabrın 2-də sosial media hesabında boğazın ABŞ-ın nəzarətində olduğunu iddia edərək onun “Trump Boğazı” adlandırılmasını təklif etmişdi.
Tramp daha əvvəlki açıqlamalarında da Hörmüz boğazının ABŞ-ın nəzarəti altında olduğunu və ərazinin “ABŞ torpağı” hesab edilə biləcəyini bildirmişdi.
Trampın son paylaşımı İranın Hörmüz boğazının açılması ilə bağlı ABŞ-a yeni təklif irəli sürməsindən sonra yayılıb. İranın xarici işlər naziri Abbas Əraqçi sentyabrın 25-də bildirmişdi ki, ABŞ müəyyən şərtləri yerinə yetirərsə, Tehran boğazı bir həftə ərzində açmağa və nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyə hazırdır.












