Mübariz Əhmədoğlu: Nəhayət Mnasakanyan da “Dağlıq Qarabağ əhalisi” terminini işlətdi | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Nəhayət Mnasakanyan da “Dağlıq Qarabağ əhalisi” terminini işlətdi

10:20 - 12 / 11 / 2019
Mübariz Əhmədoğlu: Nəhayət Mnasakanyan da “Dağlıq Qarabağ əhalisi” terminini işlətdi

ATƏT-in Minsk Qrupu egidası altında aparılan danışıqlarda ən kəskin məsələlərdən biri Dağlıq Qarabağın hüquqi statusunu müəyyən edəcək subyektin kimliyidir. Sənədlərdə aşkar şəkildə göstərilib ki, Dağlıq Qarabağın statusunu  “Dağlıq Qarabağ əhalisi” müəyyənləşdirəcək.

“Dağlıq Qarabağ əhalisi” Dağlıq Qarabağın azərbaycanlıları və ermənilərinin birgə məcmuyudur.  Ermənilər bununla razılaşmır. Çünki ermənilərin yumşaq desək ksenofobik baxışı azərbaycanlıların dədə-baba torpaqlarına qayıtmasını qəbul edə bilmir. Dağlıq Qarabağ azərbaycanlılarının dədə-baba torpaqlarına qayıtması erməni siyasi tarixinin rüsvay olması anlamındadır. Çünki hamı biləcək ki, Dağlıq Qarabağdan deportasiya olunanlar bu torpaqların əsl sahibi olan azərbaycanlılardır. Ermənistanın Xarici İşlər naziri Z.Mnasakanyan sübut etməyə çalışır ki, Dağlıq Qarabağ erməniləri öz torpaqlarından deportasiya olunublar. Amma Z.Mnasakanyan məntiqi izah vermir ki, necə olub “deportasiya olunan ermənilər” həmin torpaqda yaşayır, “deportasiya edən azərbaycanlılar”  o torpaqdan qovulub, orada yaşamır?!.

Z.Mnasakanyanın “Dağlıq Qarabağ əhalisi” terminin işlətməsi müsbət hadisədir.Bir az öncə rəhbərlik etdiyi nazirlik rəsmi bəyanatlarında  “Dağlıq Qarabağ əhalisi” terminini istifadə etməyə başlamışdı. Eks-prezident S.Sərkisyan bir neçə dəfə  bu termini işlədib. E.Nalbandyan Xarici İşlər naziri postundan getdikdən sonra, yeni hökumətin dövründə son müsahibəsində “bütün sənədlərdə aydın şəkildə göstərilib ki, Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın əhalisi müəyyən edəcəkdir”. həqiqətini bəyan etdi. Əslində Ermənistanın rəhbərliyi erməni xalqını ələ salır.

Z.Mnasakanyanın İsveçrə Beynəlxalq İnstitutunda çıxışı və orada azərbaycanlıların suallarına cavab verməsi onu daha çətin vəziyyətdə qoydu; Z.Mnasakanyan Azərbaycanın müharibəni başlamaq adlı təhlükəsinin aktual olmadığını və Azərbaycanın bu hədəsinin Ermənistana tərəf təzyiq rıçaqı kimi istifadə oluna bilmədiyini bəyan etdi. Bir neçə saniyə keçmiş  Z.Mnasakanyan özünü təkzib edir: “Azərbaycanın yüksək səviyyədə militarist ritorikasının davamı yolverilməzdir. Beynəlxalq ictimaiyyət  Azərbaycanın bu ritorikasına reaksiya verməlidir”.

Sanki Z.Mnasakanyanın da beynində N.Paşinyanın beynindəki kimi qarışqalar yeriyir.

Z.Mnasakanyan aydın formada mövqeyini erməni xalqına izah etməlidir. Çünki ATƏT-in Minsk Qrupu həmsədrlərinin əsas tələblərindən biri xalqı sülhə hazırlamaqdır. Z.Mnasakanyan hələki “Artsax (Dağlıq Qarabağ) xalqı” ilə ”Dağlıq Qarabağ əhalisi” termininin fərqini öz xalqına izah edə bilmir. “Artsax (Dağlıq Qarabağ) xalqı”, “Dağlıq Qarabağ ermənisi” adlı xalq yoxdur. Bu ermənilərin “miatsum” məntiqinə zidd olan daha bir yanaşmasıdır. Əgər erməni xalqı bütövdürsə  Dağlıq Qarabağdakı ermənilər onun ayrı bir hissəsi ola bilməz. Dağlıq Qarabağ ermənisini fərqləndirməklə rəsmi Yerevan Azərbaycanın mövqeyini dəstəkləmiş olur. Çünki Dağlıq Qarabağ ermənisinin Ermənistan ermənisindən fərqi Dağlıq Qarabağ ermənisinin danışdığı dildə türk və fars sözlərinin olmasıdır. Bu o deməkdir ki, Dağlıq Qarabağ ermənisi İran və Osmanlıdan köçüb gəlmədirlər. Yəni, Dağlıq Qarabağ erməniləri yerli erməni deyil. Erməni məntiqi getdikcə ermənilərin özlərini daha çətin vəziyyətə salır.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
917

Son xəbərlər

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaqBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15
Bütün xəbərlər