Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edilib

1news Redaksiyası17:23 - Bu gün
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edilib

Çindən Azərbaycana gətirilən 8016 baytarlıq preparatı məhv edilib.

Bu barədə 1news.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Belə ki, Çindən idxal edilən "Farmazin Tylo" əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib.

Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər